İKT
Azercell qadınları dəstəkləyən müsabiqə elan edir
Şirkət qadınların iqtisadi və sosial imkanlarını artıran layihələrin qəbuluna başlayır.
Publika.az xəbər verir ki, Azercell “Həyatı daha dolğun edirik: qadınlara dəstək 2026” sosial layihə müsabiqəsi üzrə müraciətlərin qəbuluna başlayır. Müsabiqənin məqsədi qadınların iqtisadi imkanlarının genişləndirilməsi, yeni bilik və bacarıqlar qazanılması, eləcə də ölkənin sosial və iqtisadi həyatında daha fəal iştirakını təşviq edən təşəbbüsləri dəstəkləməkdir.
Layihələrin qiymətləndirilməsi zamanı rəqəmsal bacarıqların inkişafına, inklüziv imkanlar yaradılmasına və texnologiyaların tətbiqi vasitəsilə qadınların həyat keyfiyyətinin yaxşılaşdırılmasına xidmət edən təşəbbüslərə üstünlük veriləcək. Layihələrin geniş auditoriyanı əhatə etməsi, davamlı nəticələr yaratması və uzunmüddətli sosial təsir potensialına malik olması da əsas seçim meyarları sırasındadır.
Təqdim olunan layihələr müvafiq sahələr üzrə ixtisaslaşmış ekspertlərdən ibarət münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Müsabiqə qaliblərinə layihələrinin həyata keçirilməsi üçün 7 000 AZN-dək maliyyə dəstəyi göstəriləcək.
Qeyri-hökumət və qeyri-kommersiya təşkilatları layihə təkliflərini Azərbaycan dilində 30 sentyabr 2026-cı il tarixinədək link vasitəsilə təqdim edə bilərlər. Müraciətə layihənin həyata keçirilməsi üçün nəzərdə tutulan büdcənin detallı bölgüsü də əlavə olunmalıdır.
Qeyd edək ki, Azercell sosial layihə müsabiqəsini 2022-ci ildən həyata keçirir. Bu günədək şirkət ölkədə müsbət dəyişikliklərə töhfə verən, müxtəlif sosial məsələlərin həllinə yönəlmiş 10 layihəyə dəstək olub.
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama
-
Dünya12:12Bu ölkə Rusiyaya qarşı nüvə planını işə salır: Görün Avropada nə yerləşdiriləcək
-
Nida Xəbər 12:10İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTO
-
Dünya11:36Ermənistanda qoyulan qadağa Romada pozuldu: 8 kriminal avtoritetə titul verildi
-
Dünya10:30Netanyahu nüvə partlayışının görüntüsünü yaydı: Dəhşətli müharibə başlayır?
-
MDB10:00Çox qorxuludur: Rusiyanın bu şəhərinin sakinləri dəhşətli partlayış səslərinə oyandılar






.jpg)









.jpg)






















