İKT
“Telegram”dan möhtəşəm yeniliklər
“Telegram” messencerində yeni funksiyalar istifadəyə verilib.
Publika.az xəbər verir ki, bu barədə şirkətin bloqunda məlumat verilib.
Messencer istifadəçiləri üçün qrup və kanallarda qarşılama mesajlarını tənzimləmək imkanı yaradılıb. Bu mesajların köməyilə yeni üzvlər çat haqqında məlumat əldə edəcəklər. Belə bildirişləri yalnız kanala və ya qrupa yeni qoşulanlar görəcəklər — bu da əvvəlki istifadəçilər üçün çatı artıq dərəcədə yükləməməyə imkan verəcək.
Həmçinin “Telegram”da mesaj mətninə interaktiv düymələr əlavə edilib - onların sayəsində istifadəçilər sorğularda iştirak edə, oyun oynaya və məhsul sifariş edə biləcəklər. Qeyd olunur ki, düymələri qruplar və kanallar da daxil olmaqla istənilən çatlarda yerləşdirmək mümkündür.
Bundan əlavə, mətn redaktorunun funksiyaları genişləndirilib — indi mətnin ortasına yalnız foto və video deyil, həm də sənədlər, musiqi və digər faylları daxil etmək olar. Daha bir yenilik hədiyyələrlə bağlıdır: indi onları göndərərkən şərh əlavə etmək mümkündür.
Hüseyn İbadlı
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama
-
Dünya12:12Bu ölkə Rusiyaya qarşı nüvə planını işə salır: Görün Avropada nə yerləşdiriləcək
-
Nida Xəbər 12:10İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTO
-
Dünya11:36Ermənistanda qoyulan qadağa Romada pozuldu: 8 kriminal avtoritetə titul verildi
-
Dünya10:30Netanyahu nüvə partlayışının görüntüsünü yaydı: Dəhşətli müharibə başlayır?
-
MDB10:00Çox qorxuludur: Rusiyanın bu şəhərinin sakinləri dəhşətli partlayış səslərinə oyandılar






.jpg)









.jpg)






















