İKT
“Həmin sayt Media Reyestrində yoxdur, fəaliyyəti qanunsuzdur”
“Azərbaycanda fəaliyyət göstərən bəzi informasiya resursları ölkədə yaşayan müxtəlif icmaların adından çıxış edərək, özlərini həmin milli azlıqların maraqlarını təmsil edən media subyekti kimi təqdim etməyə cəhd göstərirlər”.
Publika.az xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyinin yaydığı bəyanatda bildirilir.
“Azərbaycan ərazisində media fəaliyyəti həyata keçirən bütün media subyektləri “Media haqqında” Qanunun tələblərinə riayət etməli və qanunvericiliklə müəyyən edilmiş qaydada “Media Reyestri” İnformasiya Sistemində mövcud olmalıdırlar.
Özünü Azərbaycan Yəhudi Media Mərkəzinin və yəhudi əsilli ictimai xadimlərin təşəbbüsü ilə yaradılmış informasiya portalı kimi təqdim edən, yayımladığı materiallarda media etikası tələblərinə riayət etməyən “Ajmedia.news” veb-saytı “Media Reyestri” İnformasiya Sistemində mövcud deyildir.
Bununla yanaşı, “Media haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması ilə əlaqədar müvafiq resurs barəsində məhkəmə tərəfindən aidiyyəti qərar qəbul edilib və onun fəaliyyəti qanunsuz hesab edilib.
Bir daha bildiririk ki, bütün media subyektləri, o cümlədən hər hansı icmanın və ya sosial qrupun adından çıxış edən və media fəaliyyəti həyata keçirən subyektlər qanunvericiliyin tələblərinə ciddi şəkildə riayət etməli, öz hüquqi və peşəkar statusu, fəaliyyət istiqaməti və təmsilçilik xarakteri barədə ictimaiyyətə düzgün, obyektiv və şəffaf məlumat təqdim etməlidirlər”, - bəyanatda vurğulanıb
-
İnanc21:12Azərbaycandakı yəhudi icmaları ittihamlara belə cavab verdi
-
Sosial20:12İdarə rəisi işdən çıxarıldı
-
Magazin219:48Məşhur müğənni aparıcını yerə yıxıb təpiklədi - VİDEO
-
Sosial19:36Xocalının Ballıca kəndində toy: Doğma yurdda yeni həyat başlayır - FOTO
-
Dünya19:00Daşqın qurbanlarının sayı 700-ə yaxınlaşdı - 2500 nəfər itkindir(YENİLƏNDİ)
-
Art18:48Əməkdar artistin fotosu dərsliyə salındı - FOTO
-
Avropa18:00Ukrayna səfiri XİN-ə çağırıldı - Türkiyə etiraz və xəbərdarlıq etdi
-
Hadisə17:42Rəis generalın qızına görə işdən azad edildi - FOTO









.jpg)
.png)















.webp)








.jpg)

.jpg)