İKT
Süni intellekt çat-botlarının Azərbaycan bazarındakı payları məlum oldu
Avqust ayında Azərbaycanda süni intellekt çat-botlarının bazar payına dair məlumatlar açıqlanıb.
Publika.az xəbər verir ki, "Trend"in "Global Stats Statistika Mərkəzinin" məlumatları əsasında apardığı hesablamalara görə, 2026-cı ilin avqust ayında Azərbaycanda süni intellekt çat-botları bazarında "ChatGPT"nin payı 83,61 faiz təşkil edib. Bu göstərici əvvəlki ayla müqayisədə 3,78 faiz bəndi azalıb.
Eyni zamanda, "Google Gemini"dən istifadə əvvəlki ayla müqayisədə 2,91 faiz bəndi artaraq 11,45 faizə çatıb.
Məlumata görə, avqust ayında "Claude"un Azərbaycan bazarındakı payı 2,99 faiz, "Perplexity"nin 1,47 faiz, "Microsoft" "Copilot"un isə 0,48 faiz təşkil edib.
Beləliklə, "ChatGPT" Azərbaycanda süni intellekt çat-botları bazarında lider mövqeyini qoruyub saxlayaraq, ən yaxın rəqiblərini əhəmiyyətli dərəcədə geridə qoyub.
Qeyd edək ki, bu ilin iyun ayında Azərbaycanın elm və təhsil naziri, rəqəmsal inkişaf və nəqliyyat naziri və "OpenAI" şirkəti süni intellektə əsaslanan regionun ilk adaptiv təhsil platformasının hazırlanmasını nəzərdə tutan anlaşma memorandumu imzalayıblar.
“Rəqəmsal məktəb” təşəbbüsü çərçivəsində həyata keçiriləcək layihə 500 mindən çox şagirdi əhatə edəcək və süni intellekt texnologiyalarının milli təhsil sisteminə inteqrasiyasına imkan verəcək.
Hazırlanan həll şagirdlərin bilik və bacarıqlarının fərdi diaqnostikasını aparmağa, tədris prosesi zamanı fərdiləşdirilmiş tapşırıqlar təqdim etməyə və hər bir şagirdin təhsil ehtiyaclarına uyğun olaraq süni intellektdən istifadə etməklə onun təhsilinə dəstək göstərməyə imkan verəcək.
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika23 Oktyabr 16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı







































