İKT
BMT-dən süni intellektlə bağlı qorxunc xəbərdarlıq: Gec olmadan qarşısını alın!
BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Volker Türk süni intellektin gələcəkdə bəşəriyyət üçün “ekzistensial təhlükə” yarada biləcəyi barədə xəbərdarlıq edib.
Publika.az xəbər verir ki, Türk Cenevrədə BMT İnsan Hüquqları Şurasının iclasında çıxışı zamanı süni intellekt sistemlərinin təhlükəsizliyi üçün sərt və etibarlı təminatların yaradılmasına çağırıb.
“Qabaqcıl süni intellektin bəşəriyyət üçün ekzistensial risk yarada biləcəyi ilə bağlı sahə mütəxəssislərinin narahatlığını bölüşürəm. Gec olmadan süni intellektin təhlükəsizliyi üçün möhkəm təminatlar yaratmaq lazımdır”, - deyə o bildirib.
BMT rəsmisinin sözlərinə görə, güclü süni intellekt sistemlərində yaranacaq nasazlıqlar kritik infrastrukturun, rabitə sistemlərinin və demokratik institutların fəaliyyətinə ciddi təsir göstərə bilər.
Türk həmçinin süni intellekt üzərində faktiki olaraq “məhdudiyyətsiz gücə” malik şəxslərin sayının çox az olduğunu vurğulayıb. O, süni intellekti inkişaf etdirən və istifadə edən ölkələrin bu texnologiya üçün konkret “qırmızı xətlər” müəyyənləşdirməsinin vacibliyini bildirib.
Ali komissar son dövrlərdə süni intellekt agentlərinin təhlükəsizlik məhdudiyyətlərini aşması ilə bağlı insidentləri də xatırladaraq, texnologiyanın imkanlarının təhlükəsizlik mexanizmlərindən daha sürətlə inkişaf etdiyini qeyd edib.
Müəllif: Adəm
-
Avropa10:15Rusiyanın "kölgə donanmasına" Niderlanddan zərbə
-
MDB09:38Rusiyadan maraqlı gediş - Kanalizasiyanı vurdular
-
Sosial09:27Romantikadan sonrakı reallıq: Əcnəbilərlə qurulan ailələr niyə dağılır?
-
ABŞ08:45Tramp: Mən səkkiz Nobel Sülh Mükafatı almalı idim
-
Avto07:35Çin maşını almaq istəyənlərə xəbərdarlıq - Yeni qaydalar Azərbaycana da təsir edəcək
-
Nida Xəbər 06:16Türkiyədən Azərbaycanla bağlı yayılan paylaşımlara sərt reaksiya
-
Region03:43İranda partlayış oldu, polis rəisinin müavini öldü
-
Qoroskop01:20Günün ulduz falı: Pul itkilərinin qarşısını almaq üçün tədbirlər görməlisiz




















.jpg)
.jpg)






.jpg)






.jpg)



