İKT
İnsanlığı məhv edəcək - Daha bir məşhur süni intellekt tədqiqatçısı sektoru tərk etdi
Süni intellekt sahəsində çalışan tanınmış tədqiqatçı Ceykob Kokson bu sektoru tərk edərək poeziya ilə məşğul olmaq qərarına gəlib.
Publika.az xəbər verir ki, bu barədə “Wall Street Journal” yazıb.
27 yaşlı riyaziyyatçı süni intellekt şirkətləri arasındakı texnoloji yarışın dünyanı “geri dönüşü olmayan nöqtəyə” yaxınlaşdırdığından narahat olduğunu bildirib. Onun fikrincə, artıq 2027-ci ildə özünü inkişaf etdirən süni intellekt modelləri nəzarətdən çıxa və bəşəriyyət üçün ciddi təhlükəyə çevrilə bilər.
Kokson ilin əvvəlində süni intellekt təhlükəsizliyi sahəsindəki nüfuzuna görə “OpenAI”dən “Anthropic” şirkətinə keçib. Lakin o, şirkətin bu məsələyə münasibətinə hörmətlə yanaşmasına baxmayaraq, problemin yalnız özəl şirkətlərin səyləri ilə həll edilə bilməyəcəyi qənaətinə gəlib.
Tədqiqatçı hesab edir ki, risklərin qarşısını almaq üçün xarici tənzimləmə və ya süni intellektin inkişafının koordinasiyalı şəkildə yavaşladılması zəruridir.
Beləliklə, Kokson “dünyanın təhlükədə olduğu” barədə xəbərdarlıq edərək süni intellekt sənayesini tərk edən daha bir tanınmış mütəxəssis olub. Bundan əvvəl süni intellekt təhlükəsizliyi üzrə tədqiqat bölməsinin rəhbəri Mrinank Şarma da oxşar narahatlıqlarını açıqlamışdı.
Digər tərəfdən, “ChatGPT”nin yaradıcısı olan “OpenAI” şirkətinin baş direktoru Sem Altman yaxın vaxtlarda süni intellekt texnologiyaları yarışında dünyanın sinqulyarlıq nöqtəsinə (mövcud qaydaların, qanunların və ya riyazi hesablamaların artıq işə yaramadığı, hər şeyin "sonsuzluğa" doğru getdiyi və ya funksiyanın təyin olunmadığı kritik nöqtə) çatdığını bildirib. O, qarşıda “inanılmaz, son dərəcə müsbət və möhtəşəm” hadisələrin baş verəcəyini deyib.
Texnoloji sinqulyarlıq dedikdə texnologiyanın inkişafının müəyyən mərhələdə idarəolunmaz və geri dönməz xarakter alacağı, bunun isə sivilizasiyada köklü dəyişikliklərə səbəb olacağı fərziyyəsi nəzərdə tutulur.
Skeptiklər bu ssenarini “Terminator” filmlərindəki “Skynet” nümunəsi ilə müqayisə edirlər. Filmdə superkompüter şüur əldə etdikdən sonra bəşəriyyəti özünün əsas təhlükəsi hesab edir.
Altman isə bu cür ssenarilərin reallaşmasına imkan verməmək üçün əlindən gələni edəcəyini bildirib. Bununla belə, o, bunun üçün konkret hansı addımları atacağını açıqlamayıb.
Müəllif: Adəm
-
İKT12:12İnsanlığı məhv edəcək - Daha bir məşhur süni intellekt tədqiqatçısı sektoru tərk etdi
-
Nida Xəbər 11:30Pərvin Mirzəzadəyə yüksək vəzifə verildi
-
Sağlamlıq10:12İlan qanından "kokteyl” hazırlandı: Kim içsə... - MÖCÜZƏ
-
Nida Xəbər 09:51Mehriban Əliyeva paylaşım etdi - FOTO
-
Hadisə09:48Xalq artisti vəfat etdi - FOTO
-
Pul08:12Dolların ilin sonuna olan məzənnəsi AÇIQLANDI
-
İdman07:30Messi bu klubu alır
-
Magazin206:16İtmiş telefon məşhur rəqqasənin ölümünə səbəb oldu



















.png)
.jpg)














.png)



