İKT
İlk qatlanan "iPhone" Azərbaycanda neçəyə satılacaq? - Video
"Apple" şirkəti tarixində ilk dəfə qatlanan smartfonunu – "iPhone Duo" modelini rəsmən təqdim edib.
Publika.az xəbər verir ki, Cihaz açıldıqda 7,6 düymlük, qapalı vəziyyətdə isə 5,4 düymlük Super Retina XDR ekranla təchiz olunub. Hər iki ekran ProMotion və Always-On texnologiyalarını dəstəkləyir. Smartfon A20 Pro prosessoru ilə işləyir və "Apple Pencil" dəstəyinə malikdir.
Modeldə 48 MP əsas, 48 MP ultra geniş bucaqlı və 12 MP ön kamera yerləşdirilib. Əsas kamera 4K formatında 120 kadr/saniyə sürətlə Dolby Vision video çəkə bilir.
Cihaz iki batareyalı sistemə malikdir və xarici ekranla 44, daxili ekranla isə 31 saata qədər video izləməyə imkan verir. Model yalnız eSIM dəstəkləyir, Wi-Fi 7 və Bluetooth 6 ilə təchiz olunub.
iPhone Duo 256 GB-dan 2 TB-dək yaddaş variantlarında təqdim ediləcək.
Model üçün ön sifarişlər oktyabrın 16-da başlayacaq, satışlar isə oktyabrın 23-də start götürəcək.
ABŞ-da 1 999 dollardan başlayan "iPhone Duo"nun Azərbaycanda satış qiymətinin təxminən 5,400–6,000 AZN aralığında ola biləcəyi gözlənilir. İlk mərhələdə məhdud təklif və yüksək tələbat səbəbindən qiymət belə yüksək ola bilər. Qiymətə cihazın ölkəyə idxalı, gömrük xərcləri və satıcı marjası təsir göstərəcək.
-
Avropa10:15Rusiyanın "kölgə donanmasına" Niderlanddan zərbə
-
MDB09:38Rusiyadan maraqlı gediş - Kanalizasiyanı vurdular
-
Sosial09:27Romantikadan sonrakı reallıq: Əcnəbilərlə qurulan ailələr niyə dağılır?
-
ABŞ08:45Tramp: Mən səkkiz Nobel Sülh Mükafatı almalı idim
-
Avto07:35Çin maşını almaq istəyənlərə xəbərdarlıq - Yeni qaydalar Azərbaycana da təsir edəcək
-
Nida Xəbər 06:16Türkiyədən Azərbaycanla bağlı yayılan paylaşımlara sərt reaksiya
-
Region03:43İranda partlayış oldu, polis rəisinin müavini öldü
-
Qoroskop01:20Günün ulduz falı: Pul itkilərinin qarşısını almaq üçün tədbirlər görməlisiz

















.jpg)
.jpg)









.jpg)






.jpg)



