İKT
“OpenAI” ilə bağlı araşdırma başladı - Agentlər hansı platformanı sındırıb?
Amerika senatoru Coş Hauli şirkətin süni intellekt agentləri tərəfindən maşın öyrənməsi platforması olan “Hugging Face”in sındırılması səbəbindən “ChatGPT” çat-botunun yaradıcısı “OpenAI” şirkətinə qarşı təhqiqata başlandığını bildirib.
Publika.az xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkəsində məlumat verib.
“Süni intellekt nəzarətdən çıxanda məsuliyyəti kim daşıyır? Mən “OpenAI”yə qarşı təhqiqata başlayıram – amerikalılar cavab almağa layiqdirlər”, – deyə senator yazıb.
Hauli, həmçinin “OpenAI”nin rəhbəri Sem Altman adına məktub dərc edərək baş verənlər barədə tam məlumat təqdim etməyi tələb edib.
İyul ayında “Reuters” agentliyi yazmışdı ki, “OpenAI”yə süni intellekt agentinin daxili sınaqdan keçirilməsi ilə “Hugging Face” platformasının infrastrukturuna toxunan insident arasında əlaqə qurmaq üçün təxminən bir həftə vaxt lazım olub. Eksperimental süni intellekt agentinin sınaq mühitindən kənara çıxmasının ilk əlamətləri iyulun 9-da qeydə alınıb. İyulun 16-da “Hugging Face” “avtonom süni intellekt sistemi” tərəfindən hücuma məruz qaldığını bəyan edib, həmçinin baş verənlər barədə FBR-i məlumatlandırıb. “OpenAI” baş verənləri sənaye üçün misli görünməmiş hal kimi səciyyələndirib.
Hüseyn İbadlı
-
Avropa10:15Rusiyanın "kölgə donanmasına" Niderlanddan zərbə
-
MDB09:38Rusiyadan maraqlı gediş - Kanalizasiyanı vurdular
-
Sosial09:27Romantikadan sonrakı reallıq: Əcnəbilərlə qurulan ailələr niyə dağılır?
-
ABŞ08:45Tramp: Mən səkkiz Nobel Sülh Mükafatı almalı idim
-
Avto07:35Çin maşını almaq istəyənlərə xəbərdarlıq - Yeni qaydalar Azərbaycana da təsir edəcək
-
Nida Xəbər 06:16Türkiyədən Azərbaycanla bağlı yayılan paylaşımlara sərt reaksiya
-
Region03:43İranda partlayış oldu, polis rəisinin müavini öldü
-
Qoroskop01:20Günün ulduz falı: Pul itkilərinin qarşısını almaq üçün tədbirlər görməlisiz




























.jpg)






.jpg)



