İKT
Kral süni intellektdən narahatdır: Texnologiya şirkətlərinin rəhbərləri ilə gizli görüş
Böyük Britaniya kralı III Çarlz aparıcı texnologiya şirkətlərinin rəhbərləri ilə qapalı görüş keçirərək süni intellektin nəzarətsiz inkişafından narahatlığını ifadə edib.
Publika.az xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.
Şotlandiyada keçirilən görüşdə “Nvidia”, “OpenAI” və “Google DeepMind” şirkətlərinin nümayəndələri iştirak edib. III Çarlz süni intellektin gələcək nəsillər üçün ekzistensial risklər (bəşəriyyətin yoxolma təhlükəsi) yarada biləcəyini vurğulayıb və texnologiyaların bəşəriyyətə xidmət etməli, onun fundamental dəyərlərinə təhlükə yaratmamalı olduğunu bildirib.
Məsləhətləşmələrə həmçinin Vatikanın rəqəmsal etika üzrə ekspertləri və Böyük Britaniyanın aidiyyəti dövlət qurumlarının nümayəndələri qatılıb.
Ekspertlərin fikrincə, monarxın texnologiya gündəliyinə bu cür birbaşa müdaxiləsi olduqca nadir haldır. Görüşün əsas səbəblərindən biri tamamilə avtonom sistemlərin yaranması ilə bağlı alimlərin narahatlığı olub. Belə sistemlərin müstəqil məqsədlər müəyyənləşdirə və maliyyə aktivlərini idarə edə biləcəyi ehtimal edilir.
Görüş Böyük Britaniya nümayəndə heyətinin Nyu-Yorkda keçiriləcək BMT Baş Assambleyasına hazırlığı ilə eyni vaxta təsadüf edib. Londonda hesab edirlər ki, kral ailəsinin mövqeyi neyron şəbəkələrin təhlükəsizliyinin tənzimlənməsi üçün vahid və sərt beynəlxalq çərçivələrin yaradılması ilə bağlı müzakirələrdə diplomatik arqument kimi çıxış edə bilər.
Müəllif: Adəm
-
Magazin115:28Elçin Cəfərov Tacir Şahmalıoğlu barədə paylaşım etdi - FOTO
-
Dünya14:16Cümə namazı zamanı partlayış: 15 ölü, 50-dən çox yaralı
-
Dünya13:18Aral gölü necə məhv edildi? - Ekoloji fəlakətə səbəb olan şok faktlar
-
Cənubi Qafqaz11:10Azərbaycan sərhədin bu istiqamətində mövqelərini genişləndirib? - İDDİA
-
Nida Xəbər 10:52Bu şəxslər hərbi xidmət keçmədən “yararlı” bilet ala bilər
-
Sosial10:16Formula-1 zamanı Bakıda bu yollar bağlı olacaq
-
Dünya09:46Londonda həyəcan: Kralın bankir qohumu müəmmalı şəkildə öldü
-
Yaxın Şərq09:13Hörmüzdə bu ölkənin tankeri yanır - İran vurub










.jpg)

.jpg)





















.jpg)




