İKT
Qorxulan oldu: 400 min humanoid robot insanlarla birgə çalışacaq
"Toyota" korporasiyası bütün ölkələrdəki fabriklərində 400.000 patentləşdirilmiş robotlarını yerləşdirəcək. Bura o cümlədən insanlarla birlikdə işləyəcək humanoid robotlar da daxildir.
Publika.az xəbər verir ki, bu barədə "Nikkei" məlumat yayıb.
Nəşr yazıb ki, bunlar iki barmaqlı əlləri ilə iş görə bilən və 50 kiloqram ağırlığında olan "ELEY" adlı humanoid robotlar olacaq: "Onlar batareyalar və elektrik kabeli ilə işləyir və addımlayaraq gəzmək əvəzinə xüsusi təkərlərlə hərəkət edirlər".
"Toyota"nın haqqında söz açılan antropomorfik robotlarının abreviaturası "Embodied Learning Robot for Enhanced Yield" sözünün qısaltmasıdır.
"ELEY" robotları bir çox məsələləri müstəqil şəkildə öyrənir və tapşırıqlara optimal yanaşma tapır, bacarıqlarını inkişaf etdirir. Hazırda robotlar bəzi istehsal xətlərində işçilərin vəzifələrini necə yerinə yetirdiyini araşdırırlar. "Toyota" 2028-ci ildən başlayaraq istehsal əməliyyatlarını dünya miqyasında genişləndirmək üçün hər il milyonlarla sərmayə qoymağı planlaşdırır.
Qeyd edək ki, humanoid robotların istehsalatda kütləvi şəkildə təbiqi birmənalı qarşılanmır. Bəzi mütəxəssislər, sosioloq və iqtisadçılar bunun bir sıra ciddi problemlərə yol açacağını iddia edirlər.
Müəllif: Tural
-
Sosial04:44Bu rayonun əksər əraziləri işıqsız qaldı
-
İdman02:12Antonelli avtomobili taxta darvazaya çırpdı – VİDEO
-
Magazin101:30Rafet El Roman azərbaycanlı nişanlısı ilə - FOTO
-
Kriminal00:45Tovuzda kütləvi dava: Ölən və yaralanan var - YENİLƏNDİ
-
Qoroskop00:15Günün ULDUZ FALI - Onların bu davranışı sizi hövsələdən çıxara bilər
-
Magazin100:00"Qızımı belə böyütməməli idim" - Sənubər İsgəndərli
-
Rəsmi xronika24 Oktyabr 23:36İnfantinodan Prezidentə xatirə hədiyyələri - FOTO
-
Sosial24 Oktyabr 22:24Türkiyənin Gəncədəki baş konsulu köməkçisi ilə nişanlandı






.jpg)










.png)



















