İKT
“Süni intellektin adı dəyişdirilsin” - Tramp üç variantı səsverməyə çaxardı
ABŞ Prezidenti Donald Tramp “süni intellekt” (Sİ) terminini bəyənmədiyini bildirib və üç alternativ ad təklif edib.
Publika.az xəbər verir ki, o, öz variantlarını “Truth Social” sosial şəbəkəsində səsverməyə çıxarıb.
Amerika lideri texnologiyanı “ali intellekt”, “ekstremal intellekt” və ya “fövqəladə intellekt” adlandırmağı təklif edib. Trampın fikrincə, bu variantlar sürətlə inkişaf edən texnoloji inqilabı daha yaxşı təsvir edir.
“Bu, sorğudur və mən hər kəsə səsvermədə iştirak etdiyinə görə minnətdar olardım! Sürətlə inkişaf edən bu “inqilab” üçün hansı ad daha uyğundur?” – deyə Tramp yazıb.
Hazırda “ali intellekt” adı təxminən 42 faiz səslə ən çox dəstək qazanıb.
Bundan əvvəl Tramp süni intellektin “dünyanı zəbt edəcəyi, udacağı və məhv edəcəyi”, şəhərlərdə isə insanlardan qurtulacaq robotların marş edəcəyi ehtimalını təkzib etmişdi. O qeyd etmişdi ki, süni intellektin təhlükəsindən danışan insanlar zərərlidir. ABŞ prezidentinin sözlərinə görə, onlar bu yaxınlarda “iqlim dəyişikliyi” səbəbindən qlobal kataklizmlər barədə danışırdılar və bu uydurma işləmədikdə növbəti mərhələyə keçdilər. Tramp əlavə edib ki, süni intellektin təhlükəsi ilə bağlı iddiaları onun “Rusiya ilə əlaqələri” haqqında aparılan təhqiqatdan daha absurd hesab edir.
Hüseyn İbadlı
-
Rəsmi xronika15:42Prezidentlər Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışında... - FOTO
-
Nida Xəbər 15:22Hindistan Azərbaycana təşəkkür etdi
-
Nida Xəbər 14:48Lavrov Azərbaycanın AQEM-ə sədrliyinin uzadılmasını alqışladı
-
ABŞ14:04Trampın kürəkəninə qarşı məhkəmə iddiası: Gizlətdiyi nədir?
-
Nida Xəbər 12:56Sərhədin hər iki tərəfində anklav və ya eksklav olmamalıdır - Paşinyan
-
Nida Xəbər 12:28Azərbaycanın AQEM-də sədrliyi daha iki il uzadıldı
-
Region11:57Türkiyə Ermənistanla sərhədləri açır? - İrəvanda əmindirlər ki...
-
Dünya10:36İngilis professor "üçlü güc formatı"ndan danışdı: Türkiyə artıq NATO-ya sığmır













.jpg)

.jpg)
























