İKT
Yeni "iPhone"da gözlənilməz problem
Apple-ın ilk qatlanan smartfonu iPhone Duo güclü qızma problemi ilə gündəmə gəlib.
Publika.az xəbər verir ki, Çinli bloqer Pan Tianhun iPhone Duo ilə 4K formatında, saniyədə 60 kadr sürətlə video çəkib. Cəmi üç dəqiqədən sonra cihazın bir tərəfi o qədər qızıb ki, telefonu əldə saxlamaq demək olar mümkün olmayıb.
Bloqer iPhone Duo-nu indiyədək sınaqdan keçirdiyi ən çox qızan smartfonlardan biri adlandırıb və onun temperaturunu qızmış tava ilə müqayisə edib.
Onun fikrincə, problem cihazın konstruksiyası ilə bağlı ola bilər. Hesablama və rabitə komponentlərinin kamera hissəsinin altında cəmlənməsi uzunmüddətli yüksək yük zamanı istiliyin artmasına səbəb olur. Bildirilir ki, belə şəraitdə buxar kameralı soyutma sistemi də istiliyin qarşısını tam ala bilmir.
Apple-ın Çindəki dəstək xidməti isə yalnız bir cihazın sınağı əsasında bütün iPhone Duo modelləri barədə nəticə çıxarmağın düzgün olmadığını bildirib. Şirkət qeyd edib ki, yeni smartfonlar ilkin sazlamadan sonrakı 3–5 gün ərzində arxa fonda gedən proseslər səbəbindən daha çox qıza bilər.
Apple həmçinin aparat nasazlığından şübhələnən istifadəçilərə cihazı texniki dəstək xidmətində və ya mağazada yoxlatdırmağı tövsiyə edib.
Bloqer ehtimal edir ki, qızma problemi geniş yayılarsa, Apple temperaturu azaltmaq üçün proqram təminatı vasitəsilə cihazın performansını məhdudlaşdıra bilər. (Musavat.com)
-
Qoroskop00:15Günün ULDUZ FALI - Onların bu davranışı sizi hövsələdən çıxara bilər
-
Magazin100:00"Qızımı belə böyütməməli idim" - Sənubər İsgəndərli
-
Rəsmi xronika24 Oktyabr 23:36İnfantinodan Prezidentə xatirə hədiyyələri - FOTO
-
Sosial24 Oktyabr 22:24Türkiyənin Gəncədəki baş konsulu köməkçisi ilə nişanlandı
-
Dünya24 Oktyabr 22:12Kim Çen In ən böyük hədəfini açıqladı
-
Avropa24 Oktyabr 21:48Romada etirazçılar Kolizeyə girdilər
-
Magazin124 Oktyabr 21:36“Başqa kişidən uşaq dünyaya gətirmərəm“ - Röya Ayxan
-
Hadisə24 Oktyabr 20:48Ceyhunu qətlə yetirib qaçan Elmar dünya çempionu imiş - Video / Yeniləndi






.jpg)



















.jpg)









