İKT
“Nar” inklüziv mövzulu sənədli filmin nümayişinə dəstək göstərib
Sərfəli mobil operator “Nar” 23 sentyabr – Beynəlxalq İşarət Dilləri Günü ilə əlaqədar “DanceAbility Azerbaijan” tərəfindən həyata keçirilən “Bütün Vücudlar Danışır” sənədli filminin Azərbaycan işarət dilinə tərcümə olunmasına dəstək göstərib. Sənədli filmdə “Bütün Vücudlar Danışır” layihəsinin 2024–2026-cı illərdəki fəaliyyəti və iştirakçıların şəxsi təcrübələri əks olunub.
Publika.az xəbər verir ki, filmin nümayişi “Gənclik Mall” Ticarət Mərkəzində yerləşən “CineMastercard” kinoteatrının dəstəyi ilə baş tutub.
Tədbirdə çıxış edən “Nar”ın baş icraçı direktoru Özgür Genc bildirib: “Bu gün nümayiş olunan filmin Azərbaycan işarət dilində təqdim edilməsi inklüzivliyin digər mühüm tərəfi olan əlçatanlığı ön plana çıxarır. Çünki inklüziv cəmiyyət hər kəsin iştirakına şərait yaratmaqla yanaşı, məlumat və mədəniyyətə bərabər çıxışını da təmin etməlidir”. Daha sonra “DanceAbility Azerbaijan”ın rəhbəri Nigar Sultanova və “CineMastercard” kinoteatrlar şəbəkəsinin baş direktoru Zaur Darabzadə çıxış edərək, layihənin inklüziv cəmiyyətin formalaşmasında və əlilliyi olan şəxslərin ictimai həyatda bərabər iştirakının dəstəklənməsində əhəmiyyətini vurğulayıblar.
Qeyd edək ki, “Bütün Vücudlar Danışır” layihəsinin 2025-ci ilin dekabrında başlayan cari mərhələsində 311 nəfər iştirak edib. Onlardan 102-si əlilliyi olan, 209-u isə əlilliyi olmayan şəxslərdir. Təşəbbüs əlilliyi olan və olmayan şəxslərin birgə fəaliyyətini təşviq etməklə inklüziv cəmiyyətin gücləndirilməsinə və əlillik mövzusunda ictimai məlumatlılığın artırılmasına yönəlib. Bu məqsədlə rəqs məşğələləri, icma görüşləri, master-klaslar və digər birgə fəaliyyətlər təşkil olunub. Layihədə iştirak etmək istəyən şəxslər qeydiyyat linki vasitəsilə müraciət edə və ya “WhatsApp” üzərindən (+994 77 282 88 80) əlaqə saxlaya bilərlər.
Hazırda 2,2 milyon abunəçiyə xidmət göstərən “Nar” son 7 il ərzində Müştəri Loyallığı İndeksi göstəricisinə əsasən Azərbaycanda lider mobil operatordur. Bu uğurun arxasında “Nar”ın ardıcıl şəkildə həyata keçirdiyi müştəriyönümlü strategiya dayanır. Mobil operator istifadəçilərinə sərfəli qiymət qarşılığında dayanıqlı və yüksəkkeyfiyyətli rabitə xidmətləri, müxtəlif internet paketləri və müasir eSim texnologiyası təqdim edir.
-
Hadisə18:00Ölümlə nəticələnən kütləvi davada tanınmış idmançı da saxlanılıb - Foto
-
Avropa17:46Slavi Binevi öldürdülər: Türkiyə vətəndaşları saxlanıldı
-
Hadisə17:06Davada qətli törədənlərin kimliyi bilindi - Video
-
Magazin116:08Əməkdar artistə vəzifə verildi
-
Magazin214:00Məşhur qrup liderinin həyat yoldaşı axtarışa verildi - Foto
-
Ekologiya13:04Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
İdman12:25Bakı daha bir mötəbər turnirə ev sahibliyi edir
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər






.jpg)































