İKT
Bakcell-də hədiyyə mövsümü başladı
Bakcell abunəçilərinə minlərlə hədiyyə qazandıran hədiyyə mövsümünə start verib. Bakcell tətbiqində aktiv olan VIP Çarxı çevirən hər kəsi hədiyyələr gözləyir. Çarxın super prizi isə Sea Breeze-də mənzildir.
Publika.az xəbər verir ki, hədiyyə mövsümündə abunəçilər müxtəlif kateqoriyalar üzrə dəyərli hədiyyələr qazana bilərlər. Sea Breeze-də mənzillə yanaşı, İstanbul istiqamətində gediş-dönüş aviabiletləri, iPhone modelləri, smart saatlar, qulaqlıqlar, planşetlər və televizorlar, həmçinin 20 GB-dək internet paketləri də hədiyyələr sırasındadır.
Hər iki standart çarx çevirməsindən sonra abunəçi üçün bir VIP Çarx aktivləşir. Sea Breeze-də mənzil və sadalanan digər dəyərli hədiyyələr yalnız VIP Çarx vasitəsilə qazanılır.
VIP Çarxdan istifadə etmək üçün abunəçilər Bakcell tətbiqinə daxil olaraq müvafiq bölməyə keçə və çarxı çevirə bilərlər.
Bakcell haqqında
Bakcell Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biri olan Bakcell süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir.
Bakcell müxtəlif ölkələrdə və sahələrdə fəaliyyət göstərən NEQSOL Holding beynəlxalq şirkətlər qrupunun tərkibində olan Azerconnect Group-a daxildir.
-
Rəsmi xronika16:24Prezident bu icra başçısını vəzifədən azad etdi
-
Nida Təhlil 15:10Arif Hacılının oğlu və gəlini ABŞ-da həbs edildi
-
İdman14:12Emin Ağalarov Publika.az-ın xəbərini bu VİDEO ilə bir daha təsdiqlədi
-
Region13:24Paşinyan 74 səhifəlik hesabat hazırlatdı - II Qaregin ifşa edildi
-
Region12:48Biz erməni stulunda oturmuşuq - Paşinyanın rusiyalı jurnalistə cavabı
-
Köşə11:54Başqasının həyatına ağlamaq: Ekranın sehrli təsəllisi
-
Sosial11:10Xocalıdan 9 yaşında çıxan Ləfxanım yurduna qayıtdı - FOTO
-
İqtisadi gündəm09:30Dünya qiymət artımından danışır - Qışda bahalaşacaq ərzaqların SİYAHISI










.jpg)




























