İKT
Şura: Qardaşlıq münasibətlərinə xələl gətirməyə yönəlmiş paylaşımlar edilir
Son günlər Türkiyənin media məkanında, xüsusilə sosial media seqmentində əsassız, hüquqi, diplomatik və etik çərçivələrlə bir araya sığmayan, Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinə xələl gətirməyə və ictimai rəydə bu münasibətlərə dair mənfi təsəvvür formalaşdırmağa yönəlmiş paylaşımların, əsassız və qərəzli iddiaların kütləvi hal alması ictimaiyyətimizdə təbii narahatlıq doğurur.
Publika.az xəbər verir ki, bu barədə Media və Yayım Şurası Bəyanat yayıb.
Bəyanatda bildirilib:
"İki qardaş ölkənin münasibətlərinin yüksək səviyyəsi və qarşılıqlı etimad mühiti nəzərə alınmaqla, Azərbaycana qarşı qarayaxma kampaniyalarının müəyyən qısa fasilələrlə davamlı xarakter daşımasını, qərəzli iddiaların, dezinformasiyaların çox rahatlıqla yayılmasını və buna qarşı heç bir tədbir görülməməsini təəssüf doğuran və yolverilməz hal kimi qiymətləndiririk.
Sözügedən paylaşımlar ayrı-ayrı şəxslərin təsadüfi təşəbbüsləri deyil, müəyyən əlaqələndirmə və vahid yanaşma əsasında həyata keçirilən, bəlli dairələr tərəfindən idarə olunan məqsədyönlü kampaniyanın tərkib hissəsidir. Bu kimi hallar hüquqi və etik çərçivələrə sığmamaqla yanaşı, Türkiyə Respublikasının qanunvericiliyinin tələblərinə də ziddir. Hesab edirik ki, digər müvafiq hallarda olduğu kimi, həssas yanaşma və qanunvericiliyin tələblərinin icrası Azərbaycana münasibətdə də özünü göstərməlidir.
Azərbaycan tərəfi Türkiyə mediasında və sosial media seqmentində baş verən prosesləri diqqətlə izləyir, qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirlərin görülməsi, o cümlədən qarayaxma kampaniyasının təşkilatçıları və icraçılarının ölkəmizə girişinin məhdudlaşdırılması imkanının nəzərdən keçirilməsi istisna edilmir.
İctimaiyyətimiz iki dövlət və xalq arasında formalaşmış tarixi, siyasi və mənəvi bağlılığa, qarşılıqlı etimada və strateji müttəfiqliyə xələl gətirmək istəyənlərə meydan verilməsini qəbuledilməz hal hesab edir və belə cəhdlərin qarşısının alınması istiqamətində əməli addımlar atılmasını gözləyir".
-
Qarabağ 11:36Qarabağ müharibəsindən yeni kadrlar yayıldı: Əksəriyyəti salamat qayıtmadı - Video
-
ABŞ09:37Vanessa Tramp xərçənglə mübarizəsindən danışdı: "Nəhayət ki..."
-
ABŞ09:19İrandan sonra hədəf Kubadır - Trampdan açıq təhdid
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər
-
ABŞ06:46Pentaqondan daha bir UNO hesabatı: Sirli obyektin detalları açıqlandı
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto






.jpg)









.jpg)























