İKT
“Nar” ilin ən yüksək nəticə göstərən abituriyentlərini mükafatlandırdı
Ölkənin sərfəli mobil operatoru “Nar” gənclərin təhsil və inkişafına yönəlmiş uzunmüddətli təşəbbüslərini davam etdirir. Mobil operator 2025-2026-cı tədris ilində ali məktəblərə qəbul imtahanlarında ən yüksək nəticə göstərən beş abituriyenti mükafatlandırıb. Modern.az İnformasiya Agentliyinin tərəfdaşlığı ilə reallaşan təşəbbüs çərçivəsində tələbə adını qazanan gənclərə “Nar”dan qızıl nömrə, 700 AZN balans və yeni nəsil planşet təqdim olunub.
Publika.az xəbər verir ki, “Nar”ın baş icraçı direktoru Özgür Genç tədbirdə çıxış edərək yüksək nəticə göstərən gəncləri təbrik edib və onlara gələcək təhsil həyatlarında uğurlar arzulayıb: “Bu gün qazandığınız nəticə böyük zəhmət və əzmin göstəricisidir. İnanıram ki, əldə etdiyiniz uğur universitet həyatınızda da yeni hədəflərə doğru inamla irəliləməyiniz üçün möhkəm təməl olacaq. “Nar” olaraq, gənclərin təhsil və inkişaf yolunda onları dəstəkləməyi və uğurlarını dəyərləndirməyi vacib hesab edirik”.
Qeyd edək ki, “Nar” artıq 10 ildir, yüksək nəticə göstərən abituriyentlərin uğurunu xüsusi hədiyyələrlə qeyd edir. Bu ənənə mobil operatorun təhsilə və gənclərin gələcək inkişafına verdiyi önəmin göstəricilərindən biridir. “Nar”ın dəstəyi ilə təhsilin inkişafına yönəlmiş sosial layihələr haqqında daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.
Hazırda 2,2 milyon abunəçiyə xidmət göstərən “Nar” son 7 il ərzində Müştəri Loyallığı İndeksi göstəricisinə əsasən Azərbaycanda lider mobil operatordur. Bu uğurun arxasında “Nar”ın ardıcıl şəkildə həyata keçirdiyi müştəriyönümlü strategiya dayanır. Mobil operator istifadəçilərinə sərfəli qiymət qarşılığında dayanıqlı və yüksəkkeyfiyyətli rabitə xidmətləri, müxtəlif internet paketləri və müasir eSim texnologiyası təqdim edir.
-
Rəsmi xronika14:20İlham Əliyev Məsud Pezeşkiana zəng etdi
-
İdman13:52Dünya bundan danışır: “Real”ın ulduzu oğurlanıb və öldürülüb - FOTO
-
MDB13:46Şimali Koreya Rusiyaya daha 10 min əsgər göndərir: Zelenski Putinin planını açıqladı
-
Rəsmi xronika12:14İlham Əliyev FIFA-nın prezidentini qəbul etdi - FOTO
-
MDB12:03Lixaçev Putinə hesabat verdi: Ermənistanı tərk edə bilmərik
-
Sosial11:27Müəllimin həbsi ilə bağlı Qarabağ Universitetindən AÇIQLAMA
-
Kriminal11:00Məşhur qəzetin əməkdaşı parkda güllələndi - Qayınatası və qayınanası saxlanıldı
-
Hadisə10:39Qarabağ Universitetinin müəllimi həbs olundu






































.jpg)
.jpg)
