İKT
“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi
Ölkənin sərfəli mobil operatoru “Nar” müştəri təcrübəsinin daha da təkmilləşdirilməsi məqsədilə “Nar+” tətbiqində süni intellekt texnologiyası əsasında işləyən “AiNar” köməkçisini istifadəyə verib. Yeni həll müştərilərin sorğularını operativ emal edərək onlara 24/7 rejimində dəstək göstərir, eyni zamanda bir sıra xidmətlər üzrə əməliyyatları birbaşa tətbiq daxilində həyata keçirir.
“AiNar”ın imkanları sayəsində müştərilər tarif və internet paketləri haqqında məlumat ala, onları aktivləşdirə və ya deaktivləşdirə, rouminq xəttini və paketlərini idarə edə, cari tarif və balans barədə məlumat əldə edə bilərlər. Həmçinin “AiNar” eSIM transferi, kredit xidməti və yeni nömrənin əldə olunması və s. ilə bağlı sorğuları cavablandırır. Tarif məsləhətçisi funksiyası isə müştərinin ehtiyaclarına uyğun tarif seçimi ilə bağlı tövsiyə verir. Beləliklə, müştərilər menyular arasında uzun axtarış aparmadan ehtiyac duyduqları məlumatı daha sürətli əldə edə və bir sıra xidmətlərdən yararlana bilirlər.
Hazırda Azərbaycan, ingilis və rus dillərində fəaliyyət göstərən “AiNar” müştərilərə növbə gözləmədən operativ və fasiləsiz dəstək almaq imkanı yaradır. “AiNar”ın funksionallığının genişləndirilməsi və yeni özünəxidmət imkanlarının əlavə edilməsi ilə yanaşı, gələcəkdə müştərilərə fərdiləşdirilmiş satış və təkliflərin təqdim edilməsi planlaşdırılır.
Hazırda 2,2 milyon abunəçiyə xidmət göstərən “Nar” son 7 il ərzində Müştəri Loyallığı İndeksi göstəricisinə əsasən Azərbaycanda lider mobil operatordur. Bu uğurun arxasında “Nar”ın ardıcıl şəkildə həyata keçirdiyi müştəriyönümlü strategiya dayanır. Mobil operator istifadəçilərinə sərfəli qiymət qarşılığında dayanıqlı və yüksəkkeyfiyyətli rabitə xidmətləri, müxtəlif internet paketləri və müasir eSim texnologiyası təqdim edir.
-
Rəsmi xronika11:12İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi
-
ABŞ10:18Mərhum senatorla bağlı şok iddia: 17 yaşlı 3 yeniyetmə ilə...
-
Nida Xəbər 09:57Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edildi - Şok mənimsəmə
-
İqtisadi gündəm09:13Rubl yenidən bahalaşdı - MƏZƏNNƏ
-
Enerji08:24"Brent" markalı neftin qiyməti 114 dolları keçdi
-
Magazin106:16"O içkiyə görə çox kökəldim” - Çingiz Əhmədov
-
Sağlamlıq05:45Dietoloq almanın əsl faydalarını açıqladı
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO















_(1).webp)























