İKT
“GTA 6” aludəçilərinə XƏBƏRDARLIQ - “Ruhu və dəyərləri dağıdır”
“Pravoslav Rusiya” ictimai hərəkatının sədri Mixail İvanov həvəskarları “GTA 6” oynamamağa çağırıb: onun fikrincə, oyun quldurluğu və pozğunluğu təbliğ edir.
Publika.az xəbər verir ki, o, bu barədə Gazeta.ru-ya danışıb.
"Valideynlər də oyunu uşaqlara almamalıdırlar, çünki o, dəyərləri dağıdır", - deyə İvanov qeyd edib.
“GTA həmişə baş qəhrəmanın cinayətkar, quldur, qatil olduğu bir oyun olub. Burada maşın qaçırmaq, narkotik satmaq, polis əməkdaşlarını öldürmək, atışmalarda iştirak etmək normal hal sayılır. Bu oyunda qadın ehtirasın təmin olunması üçün obyekt, pul və hakimiyyət isə əsas dəyərlərdir. Bu, sadəcə oyun deyil. Bu, oyunçuya sırınan baxışlar sistemidir. Əgər biz ənənəvi dəyərlərin qorunmasından danışırıqsa, ardıcıl olmalıyıq: ruhu dağıdan şey faydalı ola bilməz. GTA oynayan yeniyetmələr zorakılığın və pozğunluğun norma olduğu davranış modelini mənimsəyirlər. Onlar qanunu pozmağın, başqalarını alçaltmağın, “güclünün” qaydaları ilə yaşamağın mümkünlüyünə öyrəşirlər. Sonra da təəccüblənirik ki, məktəblərdə niyə faciələr baş verir, təcavüzkarlıq niyə artır, yeniyetmələr nə üçün cinayətlər törədirlər. Oyun sadəcə əyləncə deyil. Bu, məktəbdir, ancaq müəllimsiz və Allahsız. Onun öyrətdikləri isə birbaşa İncilə ziddir”, - deyə o xəbərdarlıq edib.
İvanovun fikrincə, valideynlər uşaqlara “GTA 6” oynamağın “düzgün olmadığını” izah etməlidirlər.
““Öldürmə”, “zina etmə”, “oğurlama” — GTA bu əmrləri davamlı olaraq pozur, üstəlik, sadəcə pozmur, bunu əsas süjet xəttinə çevirir. Əgər insan buna 10 min rubl xərcləyirsə, pulunu ruhunu dağıdan bir şeyə qoyur. Bu, sadəcə xərc deyil. Bu, öz mənəvi tənəzzülünə investisiyadır. Valideynlər, əgər uşağınız sizdən “GTA 6” almağı xahiş edirsə, razılaşmağa tələsməyin. Onunla danışın. İzah edin ki, “dəbdə olan” hər şey faydalı deyil. “Maraqlı olan” hər şey təhlükəsiz deyil. İnkişaf etdirən, düşünməyi öyrədən, təhsil almağa kömək edən oyunlar var. Bir də yalnız pozğunlaşdıranlar var. GTA da məhz belələrindəndir. Biz hər şeyi birbaşa qadağan etməməliyik, lakin uşaqlarımızı onlara zərər vuracaq şeylərdən qorumalıyıq. Və əgər biz bunu etməsək, heç bir qiymət fəsadlara haqq qazandırmayacaq”, - deyə o yekunlaşdırıb.
Ötən gün “GTA 6”nın “Rockstar Games”dən olan tərtibatçıları oyunun final treylerini təqdim ediblər. Oyun noyabrın 19-da konsollarda işıq üzü görəcək, standart nəşrin qiyməti 80 dollar, daxili bonuslar, nəqliyyat və əşyalarla birgə olan versiyası isə 100 dollar təşkil edəcək.
Hüseyn İbadlı
-
Dünya01:11Keçmiş partiya lideri 15 il müddətinə həbs edildi
-
İqtisadi gündəm00:45Yaxın 4 ildə Qarabağ və Şərqi Zəngəzura görün nə qədər xərclənəcək...
-
Qoroskop00:15Günün ULDUZ FALI - Hesablanmış risklər böyük dividendlər gətirə bilər
-
Magazin115 Oktyabr 23:48Elza başına quş yumurtası qoydu
-
Magazin115 Oktyabr 23:00Vüsalədən bacısı ilə bağlı paylaşım - FOTO
-
Yaxın Şərq15 Oktyabr 22:36Raketlə vurulan prezident sarayından kimlər sağ çıxıb? - Baş nazir və...
-
İdman15 Oktyabr 21:36Mourinyo 16 il əvvəlki “pişik” əhvalatını yenidən gündəmə gətirdi
-
Magazin115 Oktyabr 21:24Mətanət dünən buna görə efirə çıxmayıb - - Acı xəbər alıb





































