İKT
Bəşəriyyəti məhv edəcək: Mask da süni intellektin təhlükə yaratdığını etiraf etdi
Süni intellekt texnologiyaları bəşəriyyətin mövcudluğu üçün təhlükə yarada bilər. Amerikalı sahibkar İlon Mask bu ehtimalı istisna etməyib.
Publika.az xəbər verir ki, Mask bu barədə amerikalı yazıçı və jurnalist Uolter Ayzeksonun podkastında danışıb.
“Düşünürəm ki, bunun ekzistensial təhlükə (bəşəriyyətin tamamilə məhv olması və ya onun gələcək inkişaf potensialının geri dönməz şəkildə tamamilə sıradan çıxması) yaratması ehtimalı var. Amma mən bunun qarşısını almaq üçün heç nə edə bilmərəm. Buna görə də iki seçimim olduğu qənaətinə gəldim: prosesin iştirakçısı olmaq və ya müşahidəçi kimi qalmaq. Düşünürəm ki, iştirakçı olmaq daha maraqlıdır”, - deyə o bildirib.
Sentyabrın 12-də “Anthropic” texnologiya şirkətinin rəhbəri Dario Amodei qabaqcıl süni intellekt modellərinin inkişaf tempinin yavaşladılmasına çağıran məqalə dərc edib. Onun fikrincə, süni intellekt şirkətləri bu sahədə işi koordinasiyalı şəkildə ləngitməklə, modellər kritik inkişaf səviyyəsinə çatana qədər əlavə bir-iki il vaxt qazana və ciddi səhvlərin qarşısını ala bilərlər.
Mask və “OpenAI” şirkətinin baş direktoru Sem Altman da bu proqnozla razılaşıblar.
ABŞ prezidenti Donald Tramp isə sonradan süni intellektin inkişafının bəşəriyyətin mövcudluğuna təhlükə yaradacağından narahat olmadığını bildirib. O, bu sahədə ABŞ-ın Çin və digər ölkələr üzərində üstünlüyünü təmin etməyi ən vacib məsələ hesab etdiyini vurğulayıb.
Müəllif: Adəm
-
İKT11:00Bəşəriyyəti məhv edəcək: Mask da süni intellektin təhlükə yaratdığını etiraf etdi
-
ABŞ09:54Trampın ailəsində İranla müharibəyə etiraz: Oğlu atasına xəbərdarlıq etdi
-
Dünya09:42“Xüsusi elçi” Sankt-Peterburqa yola düşdü: Hansı təkliflərlə gedir?
-
Dünya09:18Bazara dronla hücumda ölənlərin sayı kəskin artdı - VİDEO
-
ABŞ08:48Qarğıdalı sahəsində sirli kosmik obyekt aşkar edildi
-
Avropa08:36Britaniyada İran agentləri yenidən ələ keçirildilər
-
Magazin206:16Dua Lipa dərin yarıqlı şəffaf libasda göz qamaşdırdı - FOTO
-
Dünya05:15Daha bir ölkədə tələbələr ayağa qalxdılar



















.jpg)

.jpg)

















