Süni intellektin siyasi cavablarına dövlətlər müdaxilə edə bilər - TƏDQİQAT
Bizi izləyin

İKT

Süni intellektin siyasi cavablarına dövlətlər müdaxilə edə bilər - TƏDQİQAT

Süni intellektin siyasi cavablarına dövlətlər müdaxilə edə bilər - TƏDQİQAT

Süni intellekt çat-botlarının siyasi mövzulara cavabları dövlətlərin qanunları ilə məhdudlaşdırıla və seçicilərin məlumat əldə etməsinə təsir göstərə bilər.

Publika.az xəbər verir ki, bu qənaətə ABŞ-ın Vanderbilt Universitetinin tədqiqatçıları 12 ölkə və regionun süni intellektlə bağlı qanunvericiliyini araşdırdıqdan sonra gəliblər. “The Conversation” nəşrinin yazdığına görə, ABŞ-da hər beş seçicidən təxminən biri seçkilər və siyasətlə bağlı suallarını artıq çat-botlara ünvanlayır.

Araşdırmada bildirilir ki, Çində süni intellekt modelləri “əsas sosialist dəyərlərinə” uyğun olmalıdır. Hindistanda isə 2024-cü ildə “Gemini” çat-botunun baş nazir Narendra Modinin siyasəti barədə cavabından sonra etibarsız sayılan süni intellekt modellərinin istifadəyə verilməsinə rəsmi icazə tələbi irəli sürülüb. Bu tələb sonradan ləğv edilib.

Türkiyədə məhkəmə “Grok” çat-botunun prezident Rəcəb Tayyib Ərdoğan, Mustafa Kamal Atatürk və dini dəyərləri təhqir etdiyi iddia olunan paylaşımlarını bloklayıb.

Avropa İttifaqının süni intellekt və rəqəmsal xidmətlərlə bağlı qaydaları da şirkətlərin fəaliyyətinə təsir edir. 2026-cı ilin avqustunda Avropa Komissiyası “ChatGPT”yə daha sərt tələblər tətbiq edib. “OpenAI” seçkilər zamanı dezinformasiya da daxil olmaqla, sistemli riskləri qiymətləndirməli və azaltmalıdır.

ABŞ-da isə süni intellektlə yaradılan siyasi saxta videoların yayılmasını məhdudlaşdıran qanunlar qəbul edilib. Bununla belə, Kaliforniya və Havayda bəzi məhdudiyyətlər söz azadlığını pozduğu əsası ilə məhkəmələr tərəfindən bloklanıb.

Tədqiqatçılar xəbərdarlıq edirlər ki, hökumətlər süni intellektin cavablarına təsir göstərə bilər. Buna görə də seçicilərə çat-botların məlumatlarını yekun həqiqət kimi qəbul etməmək, onları əlavə araşdırma üçün başlanğıc nöqtəsi saymaq tövsiyə olunur.

Müəllif: Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm