İKT
Dünyanın hər yerindən şikayət gəlir: “Microsoft” xidmətlərində nə baş verir?
Müxtəlif ölkələrdən olan istifadəçilər yenidən “Microsoft” xidmətlərindən şikayətlənirlər.
Publika.az xəbər verir ki, “Downdetector” portalının məlumatlarına görə, böyük bir nasazlıq “Outlook”, “Microsoft 365”, “Teams”, “Store” və “Copilot”a təsir edib.
Mlumata görə, Hindistan, Almaniya, Niderland və Fransada “Outlook” poçt problemləri ilə bağlı minlərlə məlumat ortaya çıxıb.
Bir gün əvvəl “Microsoft” bütün dünyada genişmiqyaslı fasilələrlə üzləşib.
Təkcə ABŞ-da 130.000-dən çox istifadəçi “Outlook” problemləri ilə bağlı məlumat verib. Problem hələ də həll olunmayıb.
Təxminən 12.000 amerikalı elektron poçt problemləri barədə məlumat verib. Cəmi bir saat ərzində əvvəlki kəsinti 74 ölkə və ərazini əhatə edib. “Microsoft 365”, “Copilot”, “Teams” və “OneDrive” ilə bağlı şikayətlər yüz dəfədən çox artıb. “Azure” ilə bağlı şikayətlər isə təxminən yüz dəfə artıb.
“Microsoft” şirkəti bulud xidmətləri ilə bağlı müntəzəm olaraq texniki problemlərlə qarşılaşır. Ən böyük qlobal kəsinti 2024-cü ilin iyul ayında baş verib. Həmin il “CrowdStrike” proqram təminatının yenilənməsi nəticəsində dünyada milyonlarla kompüter sıradan çıxıb. Mütəxəssislər qlobal İT infrastrukturunun zəifliyini qeyd edirlər. Tək bulud provayderlərindən asılılıq biznes və dövlət qurumları üçün risklər yaradır.
Müəllif: Tural
-
Sosial14:21Bakıda baş redaktor həbs edildi - FOTO
-
Region12:54İranın üçdə biri qazsız qalıb: Nazir müavini ağır günlərin olacağını bildirdi
-
Elm və təhsil12:36Müəllimlərin orta aylıq maaşı açıqlandı
-
Elm və təhsil11:54Təhsilə 5 milyard ayrılır: Hansı sahələrə yönəldiləcək?
-
Əmlak10:57MİDA güzəştli mənzilləri satışa çıxarır
-
Dünya10:42Trampdan İsraillə bağlı iddialı açıqlama: Baş nazir ola bilərəm
-
İdman10:30Ermənistanın oyununda Azərbaycana qarşı təxribat - UEFA cəza verəcək?
-
Nida Xəbər 10:05DTX-dən böyük əməliyyat: Kriminal şəbəkənin rəhbəri tutuldu - FOTO






































