Zakir Fərəcov sakinlərin müraciətlərini dinləyib, aidiyyəti qurumlara tapşırıqlar verib - FOTO
Bizi izləyin

İKT

Zakir Fərəcov sakinlərin müraciətlərini dinləyib, aidiyyəti qurumlara tapşırıqlar verib - FOTO

Zakir Fərəcov sakinlərin müraciətlərini dinləyib, aidiyyəti qurumlara tapşırıqlar verib - FOTO

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov şəhərin 14-cü məhəlləsində sakinlərlə növbəti səyyar qəbul keçirib.

Publika.az xəbər verir ki, səyyar qəbulda şəhər İcra Hakimiyyətinin məsul əməkdaşları, müvafiq idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri, eləcə də şəhər sakinləri iştirak ediblər.

Vətəndaşlarla keçirilən görüşdə onları maraqlandıran və narahat edən məsələlərə xüsusi diqqət yetirilib, səsləndirilən müraciət və təkliflər ətraflı dinlənilib. Sakinlər tərəfindən əsasən mənzil-kommunal təsərrüfatı, sosial-məişət şəraitinin yaxşılaşdırılması, məşğulluq, ərazilərin abadlaşdırılması, infrastrukturun təkmilləşdirilməsi və digər məsələlərlə bağlı müraciətlər olunub.

Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov hər bir müraciətə fərdi qaydada yanaşılmasının, vətəndaşları narahat edən məsələlərin obyektiv və hərtərəfli araşdırılmasının vacibliyini qeyd edib. Qaldırılan problemlərin həlli imkanları müzakirə olunub, aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıq və tövsiyələr verilib. Əlavə araşdırma tələb edən məsələlərin qanunvericiliyin tələblərinə uyğun olaraq nəzarətdə saxlanılması və nəticələri barədə vətəndaşların məlumatlandırılması tapşırılıb.

Görüş çərçivəsində Sumqayıt şəhərində həyata keçirilən abadlıq və yenidənqurma tədbirləri, yol-nəqliyyat və kommunal infrastrukturun inkişafı, yaşayış məhəllələrində mövcud şəraitin yaxşılaşdırılması istiqamətində görülən işlər barədə də məlumat verilib.

Zakir Fərəcov bildirib ki, vətəndaşlarla birbaşa ünsiyyətin qurulması, onların rəy və təkliflərinin öyrənilməsi yerli icra hakimiyyəti orqanlarının fəaliyyətində mühüm əhəmiyyət daşıyır. O, sakinlərin müraciətlərinə vaxtında və həssas münasibət göstərilməsinin, mövcud problemlərin həlli üçün aidiyyəti qurumlar arasında operativ əlaqələndirmənin təmin edilməsinin vacibliyini diqqətə çatdırıb.

Səyyar qəbulda iştirak edən sakinlər müraciətlərinin birbaşa dinlənilməsindən və qaldırdıqları məsələlərə göstərilən diqqətdən məmnunluqlarını ifadə ediblər. Şəhərdə aparılan abadlıq-quruculuq işlərini müsbət qiymətləndirərək bu istiqamətdə tədbirlərin davam etdirilməsinin əhəmiyyətini vurğulayıblar.

Qeyd edək ki, Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən vətəndaş məmnunluğunun artırılması, sakinlərlə açıq dialoqun genişləndirilməsi və yerlərdə mövcud məsələlərin operativ şəkildə öyrənilməsi məqsədilə səyyar qəbullar müəyyən edilmiş qrafik əsasında mütəmadi təşkil olunur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm