Kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri ucuzlaşıb
Bizi izləyin

Ekopublika.az

Kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri ucuzlaşıb

Kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 5,7 faiz, o cümlədən birillik və çoxillik bitkilərin uyğun olaraq 14,8 və 0,1 faiz ucuzlaşıb.

Publika.az xəbər verir ki, iri heyvanlar və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri 0,3 faiz bahalaşıb. Balıq və sair balıqçılıq məhsullarının istehsalçı qiymətləri 0,1 faiz ucuzlaşıb.

Birillik bitkilərdən buğdanın, arpanın, baş kələmin, xiyarın, pomidorun, süfrə çuğundurunun, baş sarımsağın, kartofun, baş soğanın, quru otun istehsalçı qiyməti ucuzlaşmış, yoncanın istehsalçı qiyməti isə bahalaşıb.

Çoxillik bitkilərdən albalının, alçanın, gilasın, çiyələyin istehsalçı qiyməti ucuzlaşıb.

Diri heyvanlar və heyvandarlıq məhsullarından qoyun və keçilərin qırxılmış yuyulmamış yununun, balın, mal, qoyun və donuz ətinin (diri çəkidə), südün, diri qoyun və keçilərin istehsalçı qiyməti ucuzlaşıb. Diri ev quşlarının, quş ətinin (diri çəkidə), yumurtanın istehsalçı qiyməti isə bahalaşıb.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm