Kreditlər bağışlanmayacaq - RƏSMİ
Bizi izləyin

Ekopublika.az

Kreditlər bağışlanmayacaq - RƏSMİ

“Kredit borclarının bağışlanmasını deyirlər. Kimin hesabına? Bank yalnız vasitəçidir. Bankın çox vaxt o qədər vəsaiti olmur”.

Publika.az xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov AzTv-nin “Günün nəbzi” proqramına müsahibəsində əhalinin kredit borclarının bağışlanması ilə bağlı yayılan şayiələrə münasibət bildirərkən deyib.

O qeyd edib ki, Bank yalnız vasitəçidir. Bankın çox vaxt o qədər vəsaiti olmur: “Bankın kapitalı bütövlükdə onun aktivlərinin 10%-ni təşkil edir. 90% çox vaxt vətəndaşların puludur. Kreditlərin bağışlanması ilə bağlı danışanda mənəvi baxımdan düşünmək lazımdır”.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm