Ekopublika.az
Mərkəzi Bank məhdudiyyəti yumşaldıb
Azərbaycan Mərkəzi Bankı (AMB) leverec əmsalını 8-dən 6 faizə endirib. Trend-in məlumatına görə, müvafiq dəyişiklik Ədliyyə Nazirliyinin Hüquqi aktların dövlət reyestrində dərc edilmiş “Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları”na edilib.
Dəyişiklik iyulun 14-dən qüvvəyə minib.
Leverec əmsalı – AMB-nin nəzdində Azərbaycan İpoteka Fondu tərəfindən yenidən maliyyələşdirilmiş ipoteka kreditlərinin həcminin 50 faizi istisna olmaqla, bankın I dərəcəli kapitalının balans aktivlərinə və balansdankənar öhdəliklərə (bankın hesablarında girov qoyulmuş milli valyuta ilə, xarici valyuta ilə və ya bank metalları ilə təmin olunmuş hissəsi istisna olmaqla) nisbətidir.
Leverec əmsalını hesablamaq üçün I dərəcəli kapitalı "tutulmalar"dan sonra aktivlərin (yenidən maliyyələşdirilmiş ipoteka kreditlərinin 50 faizi çıxılmaqla) və balansdankənar öhdəliklərin məbləğinə bölmək, ardından isə 100 faizə vurmaq lazımdır.
Leverec normativi bankın güclü artımının məhdudlaşdırılması üçün nəzərdə tutulub.
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...