Ərzaq məhsullarının satışı azalıb
Bizi izləyin

Ekopublika.az

Ərzaq məhsullarının satışı azalıb

Yanvar-iyun aylarında pərakəndə ticarət subyektlərində istehlakçılara 12,0 milyard manatlıq və ya 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 13,4 faiz çox əmtəə satılıb.

Publika.az xəbər verir ki, satılmış istehlak mallarının 49,5 faizini ərzaq məhsulları, içkilər və tütün məmulatları, 50,5 faizini qeyri-ərzaq malları təşkil edib. Qeyri-ərzaq mallarının xüsusi çəkisi 2014-cü ilin yanvar-iyun ayları ilə müqayisədə 1,3 faiz artıb.

Cari ilin birinci yarısında elektron pərakəndə ticarət dövriyyəsinin həcmi əvvəlki ilin eyni dövrünə nisbətən 1,9 dəfə artaraq 6,0 milyon manat təşkil edib. Əhali onlayn rejimində sifariş verdiyi istehlak mallarının 93,0 faizini hüquqi şəxslərin, 7,0 faizini fərdi sahibkarların elektron ticarət şəbəkəsindən alıb. Elektron ticarət dövriyyəsinin 96,5 faizini qeyri-ərzaq malları təşkil edib.

2015-ci ilin yanvar-iyun aylarında ictimai iaşə xidmətlərinin həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 17,1 faiz artaraq 473,1 milyon manat olub. Hüquqi şəxslər üzrə iaşə xidmətlərinin həcmi 202,2 milyon manat, bu sahədə fəaliyyət göstərən fərdi sahibkarların subyektləri üzrə isə 270,9 milyon manat təşkil edib.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm