Fitch Beynəlxalq Bankın özəlləşdirməsinə münasibət bildirdi
Bizi izləyin

Ekopublika.az

Fitch Beynəlxalq Bankın özəlləşdirməsinə münasibət bildirdi

Beynəlxalq Bakın (ABB) problemli aktivlərinin satılmasının planlaşdırılması və bankın özəlləşdirilməsi ("BB"/"Stabil"/b-" proqnoz) onun kredit qabiliyyətinə və reytinqinə müsbət təsir edə bilər.

Publika.az bildirir ki, bu barədə "Fitch Ratings" beynəlxalq reytinq agentliyinin məlumatında deyilir. Qeyd edilir ki, agentliyin analitikləri aktivlərin satılması və özəlləşdirməsi barədə əlavə məlumat aldıqdan sonra bankın reytinqlərinin təhlilini aparacaq. Bildirilir ki, əgər bank dəyərsizləşmiş və yüksək riskli aktivlərini xalis dəyərinə və ya ona yaxın qiymətə sata bilsə, bu bankın davamlılıq reytinqinin yüksəlməsinə gətirib çıxaracaq. Onu da bildirək ki, hazlrda bu reytinq “b-“-dir.

Qiymətləndirmələrə görə, bankın reytinqinə zəif kapitallaşma və aktivlərin keyfiyyəti təsir edir. Agentlik iddia edir ki, bankın problemli kreditlərinin həcmi kifayət qədərdir. 2015-ci ilin birinci rübünə yüksək riskli kreditlərin həcmi isə 1 milyard manat təşkil edib.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm