İşləyənlərin 22,4 faizi təhsildə fəaliyyət göstərir
Bizi izləyin

Ekopublika.az

İşləyənlərin 22,4 faizi təhsildə fəaliyyət göstərir

Bu ilin birinci rübündə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1505,6 min nəfər olub. Onlardan 875,0 min nəfəri iqtisadiyyatın dövlət bölməsində, 630,6 min nəfəri isə qeyri-dövlət bölməsində fəaliyyət göstərib.

Publika.az xəbər verir ki, muzdla işləyənlərin 22,4 faizi təhsildə, 18,9 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində, 12,2 faizi sənayedə, 8,8 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsində, 6,7 faizi tikintidə, 4,6 faizi nəqliyyat və anbar təsərrüfatında, 3,8 faizi peşə, elmi və texniki fəaliyyət sahəsində, 2,9 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində, 1,7 faizi informasiya və rabitə sahəsində, 18,0 faizi isə iqtisadiyyatın digər sahələri ilə məşğul olub.

2015-ci ilin yanvar-may aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 454,8 manat təşkil edib. İqtisadiyyatın mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyətində, informasiya və rabitədə, peşə, elmi və texniki fəaliyyət sahəsində, tikintidə orta aylıq nominal əmək haqqı daha yüksək olub.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm