Ekopublika.az
Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri dəyişməyib
Azərbaycanda fevral ayında satılmış kənd təsərrüfatı məhsullarından çoxillik bitkilərin istehsalçı qiymətlərinin 4,7 faiz ucuzlaşmasına, birillik bitkilərin istehsalçı qiymətlərinin 0,1 faiz, diri heyvanlar və heyvandarlıq məhsullarının istehsalçı qiymətlərinin isə 0,8 faiz bahalaşmasına baxmayaraq, ümumilikdə kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə eyni səviyyədə qalıb.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, birillik
bitkilərdən arpanın istehsalçı qiymətləri 0,1 faiz, kartofun 0,3
faiz, lobya dəninin 0,4 faiz, kələmin 1,1 faiz, qırmızı turpun 0,1
faiz, baş sarımsağın 0,6 faiz, göy soğanın 1,9 faiz, quru otun 0,4
faiz, yoncanın istehsalçı qiymətləri 1,9 bahalaşıb, baş soğanın
istehsalçı qiymətləri isə 0,2 faiz ucuzlaşıb.
Çoxillik bitkilərdən almanın və limonun istehsalçı qiymətləri
müvafiq olaraq 29,1 və 3,4 faiz ucuzlaşıb, heyvanın istehsalçı
qiymətləri 1,3 faiz, şabalıdın 0,3 faiz, fındığın istehsalçı
qiymətləri isə 4,6 faiz bahalaşıb.
Diri heyvanlar və heyvandarlıq məhsullarından diri qoyun və
keçilərin istehsalçı qiymətləri 3,0 faiz, qoyun ətinin (diri
çəkidə) 0,8 faiz, camışın 0,6 faiz, südün 0,1 faiz, quş ətinin
(diri çəkidə) 4,9 faiz, yumurtanın istehsalçı qiymətləri 0,3
bahalaşıb. Bu bahalaşma ilə yanaşı, ay ərzində mal ətinin (diri
çəkidə) 0,4 faiz, təbii balın istehsalçı qiymətləri isə 0,2 faiz
ucuzlaşıb.
Meşə təsərrüfatı məhsullarının istehsalçı qiymətlərində 0,2 faiz
bahalaşma müşahidə olunub. /Trend/
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ