SOCAR Ukraynada yanacaqdoldurma məntəqəsi açdı
Bizi izləyin

Ekopublika.az

SOCAR Ukraynada yanacaqdoldurma məntəqəsi açdı

Ukraynada SOCAR brendi ilə daha bir yanacaqdoldurma məntəqəsi istifadəyə verilib. Kompleks Kiyevin şimal girişində paytaxtın mərkəzinə gedən yolun üzərində-nəqliyyatın ən sıx olduğu yerdə açılıb.

Publika.az SOCAR-a istinadən xəbər verir ki, YDM 4 yanacaqdoldurma qurğusu ilə təchiz olunub. Burada eyni zamanda səkkiz avtomobili yanacaqla təmin etmək imkanı var. Neft məhsullarının çeşidi А-95 Nano, А-98 Nano, Nano dizel yanacağı, həmçinin Aвро-5 ekostandartına uyğun A-95 и А-92 benzinlərindən ibarətdir. Müştərilərin rahatlığını təmin etmək məqsədilə YDM-də təkərlərin doldurulması, avtomobilin su təchizatı, wi-fi, mobil telefonların enerji təminatı kimi pulsuz xidmətlər göstərilir. Kompleksin ərazisində kafe və mağaza da var.

Ödəniş nağd, bank və yanacaq kartları, Level bonus kartları ilə həyata keçirilir. YDM SOCAR-ın yeni loqotipi ilə fəaliyyət göstərəcək. Şirkətin Ukraynadakı digər yanacaqdoldurma komplekslərinin də loqotipi dəyişdirilir.

Qeyd edək ki, Ukraynanın 27 yaşayış məntəqəsində SOCAR brendi ilə 53 YDM fəaliyyət göstərir. Şirkətin aktivləri Kiyev, Odessa, Lvov, Nikolayev, Roven, Çerkassı, Xarkov, Xmelnitski və Poltava vilayətlərində yerləşir. YDM-lərdə Polşa, Litva və Belarusun emal zavodlarında Avro-4, Avro-5 ekostandartlarına uyğun istehsal olunmuş neft məhsulları reallaşdırılır.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm