"Fitch Ratings" Beynəlxalq Bankın reytinqini artıra bilər
Bizi izləyin

Ekopublika.az

"Fitch Ratings" Beynəlxalq Bankın reytinqini artıra bilər

"Fitch Ratings" beynəlxalq reytinq agentliyi "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin emitentinin uzunmüddətli defolt və davamlılıq reytinqlərini "Rating Watch Positive" artırma imkanı ilə yenidən baxılması üçün "Rating Watch Positive" siyahısına daxil edib.

Bankdan Publika.az-a verilən xəbərə görə, reytinqin artırılma ehtimalı Bankın dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirlərinin tərkib hissəsi kimi problemli aktivlərinin alınması ilə bağlıdır.

Agentliyin saytında yerləşdirilmiş məlumatda deyilir: "Bankın sağlamlaşdırılması başa çatdıqdan sonra agentlik emitentin uzunmüddətli defolt reytinqini "BB+"dək yenidən nəzərdən keçirə və prioritet borcun reytinqini 1 pillə artırmaqla həmin səviyyəyədək çatdıra bilər".

Agentlik ABB-nin davamlılıq reytinqini bir sıra faktorlardan asılı olaraq (məsələn, qalan aktivlərin keyfiyyəti) 1 və ya 2 pillə artıraraq "b-"dən "b"dək və ya "b+"dək çatdıra bilər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm