Qazaxıstanın beynəlxalq ehtiyatları azalıb
Bizi izləyin

Ekopublika.az

Qazaxıstanın beynəlxalq ehtiyatları azalıb

İlin əvvəlindən Qazaxıstanın beynəlxalq ehtiyatları – Milli bankın qızıl-valyuta ehtiyatları və Milli fondun xarici valyutada olan ehtiyatları azalaraq 97,159 milyard dollar təşkil edib.

Publika.az xəbər verir ki, bu barədə Qazaxıstan Milli bankının məlumatında bildirilir. Qazaxıstanın beynəlxalq ehtiyatları 2014-ci ilin sonuna 102,481 milyard dollar təşkil edirdi. Məlumatda deyilir ki, eyni zamanda Milli bankın qızıl-valyuta ehtiyatları 0.2% artıb (28.977 milyard dollara qədər). Milli fondun ehtiyatları isə 7.31% azalıb (68,182 milyard dollar qədər).

Cari ilin iyulunda Qazaxıstan Milli bankının qızıl-valyuta ehtiyatları 0.3% artıb. Milli fondun aktivləri isə 1.23% azalıb.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm