Qəhvə kəskin bahalaşdı
Bizi izləyin

Ekopublika.az

Qəhvə kəskin bahalaşdı

Dünyanın əmtəə birjalarında qəhvə kəskin bahalaşıb. Bahalaşmaya qəhvə ehtiyatlarının az olması və Braziliyada məhsuldarlığın aşağı düşməsi səbəb olub.

Braziliyada qəhvə məhsulunun neqativ proqnozu fonunda dekabrda tədarük olunan arabika sortundan qəhvə dənələri dünənki hərraclarda bahalaşaraq son üç ayda maksimum həddə çatıb.

Nyu-Yorkun “ICE Futures” birjasında hərraclar zamanı dekabr fyuçerslərinin qiyməti artaraq, bir funt üçün 1,426 dollar təşkil edib ki, bu da mayın 19-dan etibarən maksimum qiymətdir.

Sentyabrda tədarük olunan robusta sortundan qəhvə London birjalarında 0,2 faiz bahalaşaraq, bir ton üçün 1708 dollar təşkil edib. Robustanın tədarükü üçün fyuçerslər iyulun ortalarında 9,3 faiz ( 2014-cü ilin fevralından ən ciddi yüksəliş) sıçrayış edib və “ICE Futures Europe”-də bir dollar üçün 1705 dollar təşkil edib. Nyu-York birjasında 5 faiz bahalaşan arabikanın qiyməti onda 1 funt üçün 1,2885 dollar təşkil etmişdi.

Tədarükçü “Terra Forte”nin hesabatında deyilir ki, Braziliyada qəhvə ehtiyatları əndişə yaradacaq qədər aşağı səviyyədədir. Hazırda qəhvə ehtiyatı bir il əvvəl 14 milyon kisə müqabilində 4,656 milyon kisə təşkil edir. 2015-ci ilin məhsulu 47,28 milyon kisə təşkil edir. Amma real rəqəm daha aşağı ola bilər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm