Rusiya iqtisadiyyatı mənzil bazarını vurdu - CƏDVƏL
Bizi izləyin

Ekopublika.az

Rusiya iqtisadiyyatı mənzil bazarını vurdu - CƏDVƏL

Təkrar yaşayış mənzil bazarında satışa təklif olunan yaşayış mənzillərinin hesablanmış orta təklif qiyməti kvadratmetr üzrə 1612 dolllardan 1605 dollara düşüb. Milli valyuta ilə isə ay ərzində 1676 manatdan 1669 manata enib.

Bazardakı son prosesləri Publika.az-a şərh edən “MBA Consulting Group" up rəhbəri Nüsrət İbrahimov deyir ki, 2015-ci ilin ilk aylarından mənzil bazarında hiss edilən durğunluq iyul ayında da qeydə alınıb. Bu da öz növbəsində əmlak bazarında qiymətlərin nisbətən enməsi ilə yanaşı tələbin azalmasına gətirib çıxarıb:

“Tələbin azalması ilə yanaşı dünya və daxili bazardakı son dəyişikliklər də Bakının əmlak bazarına təsirsiz ötüşməyib. Neftin qiymətinin ucuzlaşmasının davam etməsi, eləcə də Rusiya iqtisadiyyatında müşahidə edilən durğunluq Bakının mənzil bazarına mənfin təsir göstərib. Əmlak bazarında sürən passivliyin nəticəsi olaraq təklif olunan mənzillərin sayında da azalma baş verib. İyul ayında bazarın bu seqmenti üzrə təklif həcmi -12.0% azalıb. İyun ayında ümumi təkliflərin sayı 1590 olduğu halda, bu rəqəm iyul ayında 1397 təşkil edib. Təkrar mənzil bazarında qeydə alınan ümumi təkliflərin sayı ötən ilin müvafiq ayı ilə müqayisədə isə -35.0% azalıb. Nəsimi, Nərimanov və Yasamal rayonlarının təklif portfelindəki payı mütləq çoxluq təşkil edib və onların ümumi payı 54.0 faizə bərabər olub.

Bazarın bu seqmenti üzrə təklif edilən mənzillərin əksər hissəsinin kvadratmetri 1500 dollardan aşağı olan ucuz mənzillər olub. Bu dəyərdə olan mənzillər ümumi portfelin 43.0%-ni təşkil edir. Qeydə alınan orta bazar qiyməti kvadratmetr üzrə 1188 dollardır. Ümumi təklif portfelinin 39.4%-ni kvadratmetri 1500-2000 dollar diapazonu arasında olan mənzillər təşkil edib. Bu qiymət diapazonunda qeydə alınan orta bazar qiyməti kvadratmetri 1739 dollardır. Bazardakı bahalı mənzillər, yəni hər kvadrat metrinin dəyəri 2000 dollardan çox olan mənzillərin bazardakı payı isə 17.6% təşkil edir. Bahalı növ mənzillərdə qeydə alınan orta bazar qiyməti isə 2320 dollardır”.

N.İbrahimov deyir ki, otaqlar üzrə mənzillərin vəziyyətinə gəldikdə, 2, 3 və çoxotaqlı mənzillərin sayında azalma baş verib. Təklif üzrə ən çox azalma 3 otaqlılar üzrə qeydə alınıb. 1 otaqlı mənzillərin təklif üzrə payında isə artım müşahidə olunub: “Təkliflə yanaşı otaqlar üzrə qiymət azalması 2 otaqlı mənzillərdən başqa digər müxtəlif otaqlı mənzillərdə baş verib. Aparılan araşdırmalara əsasən “eksperimental”, “leninqrad”, “xruşşov” və “yeni tikili təmirli” layihəli binaların təklif portfelindəki payı bu ayda mütləq çoxluq təşkil edib.

Müvafiq olaraq 10.88%, 15.11%, 11.16% və 42.64%. Ötən ayda layihələr üzrə qiymət azalması daha çox italyan və eksperimental layihələrində qeydə alınıb. Müvafiq olaraq -5.12% və -4.18%.

Layihələr üzrə qiymət artımı isə daha çox alman, fransız və leninqrad layihələrində hiss edilib - 4.48%, 4.63%, 5.11%. Bazarda mənzillərin 1 kv.m-nin orta qiymətindən (1605 ABŞ dolları) aşağı olan mənzillər ümumi portfeldə daha çox paya, yəni 52.0 faizə malikdir. Mənzillərin orta sahəsi 82.6 kv.m, orta otaq göstəricisi isə 2.42 təşkil edir. Hər otağın orta satış qiyməti 54 661 ABŞ dolları, mənzilin orta qiyməti isə 132 280 ABŞ dolları təşkil edib. İyul ayında aktivlik əmsalına görə ən cəlbedici rayonlar ötən ayda olduğu kimi Nəsimi, Yasamal və Nərimanov rayonları olub. Təkrar yaşayış mənzil bazarında kvadrat metrin qiymətinə görə təklif olunan ən bahalı mənzil “yeni tikili” layihəli 4 otaqlıda qeydə alınıb. “28 May” metro stansiyası yaxınlığında yerləşən 160 kv.m sahəyə malik olan, yaxşı təmirli mənzilin kvadrat metrinin satışa təklif olunan qiyməti 4100 dollar təşkil edib. Ən ucuz mənzil isə Abşeron rayonunda, Masazır qəsəbəsində yerləşən orta təmirli 72 kv.m-lik sahəyə malik “yeni tikili” layihəli, 1 otaqlı mənzildə qeydə alınıb- 580 dollar.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm