Çin iqtisadi təkan üçün faiz dərəcələrini aşağı salıb
Bizi izləyin

Ekopublika.az

Çin iqtisadi təkan üçün faiz dərəcələrini aşağı salıb

Çin Xalq Bankı iqtisadi artımı təmin etmək üçün, fond bazarında iki gün davam etmiş böhranın ardından, əsas faiz dərəcəsini aşağı salıb.

Bununla da noyabr ayından beşinci dəfədir ki Çin, faiz dərəcəsini aşağı salır və qərar çərşənbə günü qüvvəyə minəcək.

Bu addım Avropa səhmlərinin qiymətlərini daha da artırıb. Beləliklə London birjasında FTSE-100 indeksi 3.3 faiz artıb.

Almaniyada Dax 4.4 faiz, Parisdə isə Cac indeksində 4.6 faiz artım qeydə alınıb. Digər Avropa birjalarında da kəskin artım müşahidə edilib.

Çin maliyyə bazarlarında ötən gün 2007-ci ildən bəri ən kəskin eniş müşahidə edilib.

Qlobal enişə səbəb Çində iqtisadi zəifləmənin digər iqtisadiyyatlara təsir edəcəyindən ehtiyatlanmaq olub.

Şanxai Composite bu səhər 6 faiz aşağı düşüb.

Bazar ertəsi isə onun indeksi 8.5 faiz olub və bu, Avropa və ABŞ-da digər birjaların enməsinə səbəb olub.

Çərşənbə axşamı digər Asiya bazarları da aşağı qiymətlərlə açılıb, amma sonradan ticarətdə itkiləri tənzimləyib.

Sərmayeçilər dünyanın ən böyük ikinci iqtisadiyyatı və məhsul və kommersiya xidmətlərinin idxalatçısı olan Çindən asılı olan şirkət və ölkələrin onun yavaşlamasından təsir görəcəyindən narahatdır.

Çin, təxminən iki həftə öncə milli valyutasını, yuanı devalvasiya edib, bu isə onun iqtisadiyyatının düşünüldüyündən də pis vəziyyətdə olacağı barədə qlobal narahatlıq doğurub.

Ucuz valyuta Çinin ixracını xarici şirkətlər üçün cəlbedici edir.

Başqa Asiya ölkələrində isə birjalar pozitiv gözləntiləri doğurub, əvvəlki ticarət qiymətləri təkrarlanıb.

Honqkonqda Hang Seng birjası 2.6 faiz artıb, Avstraliyanın S&P ASX/200 birjası 2.2 faiz və Yaponiyanın Nikkei 225 birjası 0.7 faiz artıb.

Buna baxmayaraq, ABŞ və Avropa birjaları ötən gecə enişlərlə müşahidə edilib.

Wall Streetin Dow Jones birjasında eniş 6 faiz olsa da, bağlanışdan öncə 3.6 faiz qədər azalıb.

Londonun FTSE 100 indeksi isə 4.6 faizlə bağlanıb.

Fransa və Almaniyanın əsas bazarları isə 5.5 və 4.96 faiz qədər eniş göstərib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm