Moskvaya növbəti zərbə: qazın qiyməti 11 faiz azaldı
Bizi izləyin

Ekopublika.az

Moskvaya növbəti zərbə: qazın qiyməti 11 faiz azaldı

2015-ci ilin ikinci rübündə Avropada Rusiya qazının orta satış qiyməti min kubmetr üçün 251 dollar təşkil edib.

Publika.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə “Qazprom” şirkətindən bildirilib.

İlin birinci rübündə isə qazın dəyəri 284 dollar təşkil edib. Beləliklə, qiymətlər 11,7 faiz aşağı düşüb. Bundan başqa, Avropada Rusiya qazına tələbat da azalıb.

Məlumata görə, təbii qazın qiymətinin aşağı düşməsi neftin qiyməti ilə bağlıdır. Son zamanlar qitədə neftlə paralel olaraq qazın qiyməti də azalır.

Qeyd edək ki, “Qazprom” Rusiyanın qaz və neft satışı ilə məşğul olan ən böyük energetika şirkətidir. Dünya qaz ehtiyatının 17, Rusiyanın isə qaz ehtiyatının 72 faizi “Qazprom”un payına düşür. Şirkət Rusiyada durulaşdırılmış təbii qazın yeganə eksportçusudur.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm