Rövnəq Abdullayev “Statoil”un payını alan “Petronas” şirkətinin rəhbərliyi ilə görüşüb
Bizi izləyin

Ekopublika.az

Rövnəq Abdullayev “Statoil”un payını alan “Petronas” şirkətinin rəhbərliyi ilə görüşüb

Sentyabrın 3-də SOCAR-ın prezidenti Rövnəq Abdullayev şirkətin baş ofisində Malayziyanın “Petronas” neft-qaz şirkətinin prezidenti və baş icraçı direktoru Datuk van Zulkiflee van Ariffinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Publika.az xəbər verir ki, səmimi qəbul üçün təşəkkürünü bildirən qonaq Azərbaycana məmnunluq hissi ilə səfər etdiklərini, ölkəmizdə investisiya üçün əlverişli mühit olduğunu qeyd edib. SOCAR-la əməkdaşlığın rəhbərlik etdiyi şirkət üçün mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Görüşdə “Şahdəniz” layihəsində “Statoil”un payının “Petronas” tərəfindən alındığı xatırlanıb. Rövnəq Abdullayev qonaqlara “Şahdəniz” və Cənub Qaz Dəhlizi layihələrinin gedişi haqqında ətraflı məlumat verib.

Bildirilib ki, “Şahdəniz” yatağının işlənilməsinin ikinci mərhələsi və boru kəmərlərinin inşası layihələri üzrə işlər qrafikə uyğun şəkildə uğurla davam etdirilir. Görülən işlər əminlik yaradır ki, 2018-ci ildə ilk qaz həcmlərinin Türkiyəyə ötürülməsi mümkün olacaq. Datuk van Zulkiflee van Ariffin “Petronas” nümayəndə heyətinin üzvlərini SOCAR rəhbərliyinə təqdim edib. İki şirkət arasında əlaqələrin daha da genişləndirilməsində maraqlı olduqlarını bildirilib. SOCAR prezidenti isə öz növbəsində Azərbaycanın neft-qaz sənayesində əməkdaşlıq üçün geniş imkanların mövcud olduğunu vurğulayıb. Ölkəmizdə investisiyaların təhlükəsizliyinə tam təminat verildiyini qonaqların diqqətinə çatdırıb.

Görüşün sonunda SOCAR və “Petronas” arasında “Qarşılıqlı anlaşma haqqında Memoranduma əlavə” imzalanıb. Sənədi SOCAR-ın prezidenti Rövnəq Abdullayev və “Petronas” şirkətinin prezidenti və baş icraçı direktoru Datuk van Zulkiflee van Ariffin imzalayıb.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm