Bill Qeyts 22-ci dəfə ABŞ-ın ən varlı adamı oldu
Bizi izləyin

Ekopublika.az

Bill Qeyts 22-ci dəfə ABŞ-ın ən varlı adamı oldu

Microsoft” şirkətinin təsisçisi Bill Qeyts 22-ci dəfə ABŞ-ın ən varlı sakini elan edilib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, o, “Forbes” jurnalının açıqladığı 400 varlı insanın siyahısına başçılıq edir. Onun sərvəti 76 milyard dollar miqdarında dəyərləndirilib.

Siyahıda ikinci yerdə “Berkshire Hathaway”ın baş direktoru Uorren Baffet qərarlaşıb. Mütəxəssislər onun sərvətinin 62 milyard dollar olduğunu bildirirlər.

“Oracle” korporasiyasının 54 milyard dollara sahib olan rəhbəri Larri Ellison isə Uoren Baffetdən 8 milyard dollar “kasıb” olduğundan bu siyahıda 3-cü yerdə qərarlaşıb.

Qeyd edək ki, üçlük ötən il də siyahıya başçılıq edirdi. Mütəxəssislərin hesablamalarına əsasən, 400 milyarderin sərvətinin ümumi həcmi 2,34 trilyon dollardır.

Anar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm