Daşınmaz əmlakın icbari sığortası azalıb
Bizi izləyin

Ekopublika.az

Daşınmaz əmlakın icbari sığortası azalıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda daşınmaz əmlakın icbari sığortasında azalma baş verib.

Publika.az İcbari Sığorta Bürosuna istinadən xəbər verir ki, ilin ilk 9 ayında Azərbaycanda 83 406 daşınmaz əmlak sığoptalanıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 46% azdır.

Ötən ilin 9 ayında ölkədə 121 854 əmlak sığortalanıb. Daşınmaz əmlakın sığortasına görə ödənilən sığorta haqlarının məbləğində kəskin artım baş verib. 9 ayda əmlakın icbari sığoptası üzrə 21 milyon 493,9 min manat sığorta haqqı toplanıb. Ötən il isə bu rəqəm cəmi 12 milyon 357,7 min manat olub. Başqa sözlə, son bir ildə əmlakın icbari sığortasından yığılan sığorta haqları 74% artıb. Sığortalanan əmlakların sayı azaldığı halda, sığorta haqlarının kəskin artımı göstərir ki, kommersiya obyektlərinin sığortalanmasında ciddi artım olub.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm