Kənd Təsərrüfatı Nazirliyi BMT ilə saziş imzaladı
Bizi izləyin

Ekopublika.az

Kənd Təsərrüfatı Nazirliyi BMT ilə saziş imzaladı

Bu gün Bakıda Azərbaycan Respublikası Hökuməti ilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) arasında “Azərbaycanda Maldarlığın və Süni Mayalanma Xidmətlərinin İnkişaf etdirilməsi” layihəsi imzalanıb.

Publika.az xəbər verir ki, layihə sənədini Azərbaycan tərəfindən Kənd Təsərrüfatı naziri Heydər Əsədov, FAO tərəfindən Təşkilatın Azərbaycandakı Nümayəndəsi Mustafa İmir imzalayıb.

Növbəti iki il ərzində həyata keçiriləcək layihənin məqsədi heyvandarlıqda damazlıq-seleksiya işinin təkmilləşdirilməsi, fermerlərə keyfiyyətli süni mayalama və heyvandarlıq xidmətlərinin göstərilməsi sahəsində potensialın artırılması olacaqdır ki, bu da nəticə etibarilə qaramalın məhsuldarlığının artırılmasına, fermerlərin gəlirlərinin və fermerlərin süni mayalanma xidmətlərinə inamlarının artmasına töhfə verəcəkdir.

Layihə çərçivəsində eyni zamanda istehsal olunan heyvan toxumunun keyfiyyətinin yüksəldilməsi, süni mayalanma mütəxəssisləri assosiasiyasının yaradılması, süni mayalama mütəxəssislərinin bacarıqlarının inkişaf etdirilməsi, süni mayalanma tədbirlərinin genişləndirilməsi və heyvan toxumunun yerlərə çatdırılmasının asanlaşdırılması sahəsində köməklik göstəriləcəkdir.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm