Birjalar can üstədir
Bizi izləyin

Ekopublika.az

Birjalar can üstədir

İlin üçüncü rübündə dünyada səhmlərin qiyməti qırmızı həyəcan nöqtəsinə düşüb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, dünya bazarlarında dəyəri 11 trilyon dollar olan səhmlər iyul ayından bu yana eniş nümayiş etdirib. Ekspertlərin rəyinə görə, maliyyə bazarlarında proseslər son dörd ildə bu ilin üçüncü rübündə olduğu qədər mənfiyə doğru yön almamışdı. Üst-üstə enişlər bazarların pis bir nöqtəyə gəlməsinə səbəb olub.

İlin üçüncü rübündə Asiyada yeni inkişaf edən bazarlar aşağıdakı kimi olub;

Hong Kong birjası 27.58, Şanxay indeksi 26.58%, Sinqapur 20.45% , Yaponiyanın Nikkei birjası isə 12.07% nisbətində eniş yaşayıb.

Asiya ölkələrinin birjaları:

Hong Kong-Hang Seng 27.58 %

Şanxay 26.58%

Sinqapur 20.45%

Yaponiya Nikkei 12.07%

Orta Şərqdə Körfəz ölkələri neftin qiyməti ilə bağlı ağır dövr yaşayır. Körfəz ölkələri arasında ən az eniş 12 faizlə Abu Dabi və Dubay birjasında qeydə alınıb. Ən böyük eniş isə 18 faizlə Səudiyyə Ərəbistanı və 14 faizlə Misirdə olub.

Orta Şərq və Şimali Afrika birjaları:

Səudiyyə Ərəbistanı 18,67%

Misir 14,63%

Dubay 12,19%

Abu Dabi 11,94%

Avro bölgəsinin birjaları isə 2011-ci idəki böhrandan bu yana ən pis dövrünü yaşayır.”Volkswagen” skandalı, mühacir problemi və Yunanıstandakı siyasi dalğalanmanın bu enişə təsiri olub.

Almaniyanın DAX indeksi üçüncü rübdə -12.77 faiz olub. İspaniya və İngiltərə birjaları da 10 faizdən çox eniş yaşayıblar. Fransa isə -7.61 faizlə ən yaxşı performansı nümayiş etdirib.

Avropa birjaları:

Almaniya 12.77%

İspaniya 11.55%

İngiltərə 11.13%

Fransa 7.89%

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm