Körfəz ölkələrində büdcə problemi
Bizi izləyin

Ekopublika.az

Körfəz ölkələrində büdcə problemi

Gəlirlərinin böyük hissəsi neft ixracına bağlı olan Körfəz ölkələri neftin qiymətinin ucuzlaşması ilə iqtisadi və maliyyə problemləri ilə qarşılaşa bilərlər.

Mərkəzi Londonda yerləşən “Energy Aspects” məsləhətçilik şirkətinin neft analitiki Virendra Kauhan bu qənaətdədir. O, neftin qiymətinin ucuzlaşmasının Körfəz ölkələrinin dövlət büdcəsinə mənfi təsir edəcəyini bildirib.

Neftin qiymətlərinin 2014-cü ilin iyunundan bu vaxtadək 60 faizə qədər ucuzlaşması və yaxın zamanda 70 dollardan aşağı olacağına dair proqnozlar gəlirlərinin demək olar ki hamısını neftdən əldə edən ölkələr üçün müəyyən narahatlıqları gündəmə gətirib. Əsasən də son 10 ildə artan neft qiymətləri ilə əlaqədar təxminən 2,5 trilyon dollarlıq ehtiyata sahib olan və Orta Şərqin böhranlarla sarsıldığı bu dövrdə, neft sərvətinin təmin etdiyi maliyyə gücü ilə siyasi, ictimai və iqtisadi tarazlıqlarını qorumağı bacaran Körfəz ölkələri baş verə biləcək təhlükədən ən çox təsirlənəcək bölgələr arasında yer alırlar. Neftin qiymətlərinin uzun müddət hazırki səviyyədə qalması və ya ucuzlaşması Körfəz ölkələrində dövlət büdcənə xeyli zərər vuracaq. Bu vəziyyət ötən vaxtlarda Səudiyyə Ərəbistanının büdcəsindəki azalmanın qarşısını almaq üçün dünyanın ən böyük fondlarındakı 70 milyard dollarlıq sərmayələrini geri qaytarmasına da səbəb olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm