Ekopublika.az
Milli Məclisə ayrılan vəsait azaldılıb

Milli Məclisin 2016-cı ildə xərclər smetası 2 milyon 745 min 955 manat təşkil edəcək.
Publika.az xəbər verir ki, bunu parlamentin 2016-cı il xərclər smetasının müzakirəsi zamanı Milli Məclisin işlər müdiri Firudin Hacıyev deyib.
O qeyd edib ki, bu, 2015-ci illə müqayisədə 1 milyon 61 min 189 manat azdır. Şöbə müdiri bildirib ki, nəqliyyat vasitələri bölümündə yeni nəqliyyat vasitələrinin alınması üçün xərclər nəzərdə tutulmayıb.
Spiker F. Hacıyevə bildirib ki, çıxışında xərclərin nəyə sərf olunması ilə bağlı daha geniş izahat versin: “Elə biləcəklər ki, Milli Məclis kefindən yeməkxana tikir, axır illərdə 50 kvadratmetrdə Milli Məclisin işçiləri üç növbədə nahar edirdilər. Çox sağ olsunlar ki, bunu nəzərə aldılar. Maşınlar Milli Məclisin həyətində sıxlıq yaradırdılar. Bunun üçün də avtodayanacaq tikildi”.
İqtisadiyyat şöbəsi

-
Sosial11:21
Aşura günü qanvermə aksiyası keçirilir
-
Nida Xəbər 10:35
Ceyhun Bayramov Ankaraya getdi
-
Sosial10:16
Pensiyalar bu tarixdə veriləcək
-
Sosial10:08
Un və çörək bahalaşacaq - VİDEO
-
Nida Xəbər 09:40
MN-dən Ermənistana növbəti XƏBƏRDARLIQ
-
Avropa08:13
Fransa Pentaqonun yeni taktikasını DEŞİFRƏ ETDİ
-
Ekologiya07:17
Yağış yağacaq, külək əsəcək - Bu günün HAVASI
-
Sosial00:40
DTX-dan əməliyyat: tanınmış broker HƏBS EDİLDİ