Qorunan əmanətlərin 71%-i dollarladır
Bizi izləyin

Ekopublika.az

Qorunan əmanətlərin 71%-i dollarladır

Bu ilin doqquz ayında fiziki şəxslərin cəmi əmanətləri (7 336 milyon manat) ümumi əmanətlərin (maliyyə sektoru istisna olmaqla) 60%-ni təşkil edib.

Publika.az Əmanətlərin Sığortalanması Fonduna istinadən xəbər verir ki, hesabat dövrünə fiziki şəxslərin ümumi əmanətləri 659 milyon manat (10%), qorunan əmanətlər 2003 milyon manat (66%) artıb. Qorunmayan əmanətlər isə 1344 milyon manat (-37%) azalıb.

Cari ilin doqquz ayının yekununda fiziki şəxslərin (7 336 mln manat) cəmi əmanətlərinin 69%-ni (5 044 mln manat) qorunan əmanətlər, 31%-ni ( 2 292 mln manat) isə qorunmayan əmanətlər təşkil edib. Hesabat dövründə kompensasiya olunan əmanətlər ilin əvvəlinə olan göstərici ilə müqayisədə 31% (528 milyon manat) artaraq 2 213 milyon manat olub. Ümumi əmanətlərin 30%-ni, qorunan əmanətlərin isə 44%-ni təşkil edir. Üzv banklar tərəfindən 7 304 127 əmanətçiyə xidmət göstərilir ki, onların da 6 634 971 nəfəri (91%) qorunan əmanətçidir. Qorunan əmanətçilərin 99,6%-nin (6 240 434 nəfər) əmanəti 30 min manata qədərdir və 100 faiz sığortalanır. Qorunan əmanətlərin 71%-i ABŞ dollarının, 25%-i manatın, 4%-i avronun payına düşür. Hazırda Fondun sığorta ehtiyatları 109,4 milyon manat təşkil edir.

Fondun sərbəst vəsaitlərinin idarə edilməsi Fondun investisiya siyasətinə uyğun olaraq həyata keçirilir.

Manatda olan vəsaitlər 78,7 milyon manat məbləğində dövlət qiymətli kağızların da yerləşdirilmiş və orta hesabla illik gəlirlilik 4,2 % təşkil edib. Fondun 5 milyon avro vəsaiti isə “Deutsche Asset & Wealth Management International” şirkəti vasitəsi ilə idarə olunur. Fondun doqquz ayının yekununa əsasən gəlirləri 19,2 milyon manat olub. Bunun da 16,5 mln manatını təqvim haqları, 20 min manatı üzvlük haqqları, 2,6 mln manatını isə faiz və digər gəlirlər təşkil edib. Fondun cəmi xərcləri 1,2 milyon manat olub.

2015-ci ilin III rübün sonuna Fondun iştirakçısı olan bankların sayı 43-dür. Əmanətlərin Sığortalanması Fondu əmanətçilərin diqqətinə çatdırır ki, 24 fevral 2015-ci il tarixindən etibarən qorunan əmanətlərin illik faiz dərəcəsinin maksimal həddi 12 %-dir.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm