Azərbaycanda yaşayış minimumu təsdiqləndi
Bizi izləyin

Ekopublika.az

Azərbaycanda yaşayış minimumu təsdiqləndi

Azərbaycanda 2016-cı il üçün yaşayış minimumu 136 manat məbləğində proqnozlaşdırılıb.

Publika.az xəbər verir ki, bu barədə məsələ Milli Məclisin plenar iclasında bu gün müzakirə edilən “Azərbaycan Respublikasında 2016-cı il üçün yaşayış minimumu haqqında” qanun layihəsində öz əksini tapıb.

Qeyd olunub ki, 2016-cı il dövlət büdcəsi zərfində ölkəmizdə 2016-cı il üçün yaşayış minimumunun 136 manat olacağı proqnozlaşdırılıb.

Sənədə əsasən, əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumu ölkə üzrə 136 manat, əmək qabiliyyətli əhali üçün 145 manat, pensiyaçılar üçün 115 manat, uşaqlar üçün isə 118 manat məbləğində nəzərdə tutulur.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm