Vergilər Nazirliyində onlayn növbə
Bizi izləyin

Ekopublika.az

Vergilər Nazirliyində onlayn növbə

Vergilər Nazirliyi (VN) vergi ödəyicilərinə xidmətin keyfiyyətini yaxşılaşdırmaq üçün bir sıra yeniliklər edəcək. Publika.az-ın əldə etdiyi məlumata görə, nazirliyin Vergi Ödəyicilərinə Xidmət Mərkəzlərində ödəniş terminallarının quraşdırılması nəzərdə tutulur. Bununla bağlı müvafiq təşkilatlarla danışıqlar aparılır.

Qeyd edək ki, hazırda vergi ödəyiciləri hesabatlarını onlayn və xidmət mərkəzlərində təqdim edə bilir, burada göstərdikləri vergiləri isə banklar vasitəsilə ödəyirlər.

Digər yenilik isə “onlayn növbə” xidmətinin istifadəyə verilməsi olacaq. Artıq bu xidmətin layihəsi hazırlanıb və aidiyyəti şirkətlərlə danışıqlar aparılır. Layihəyə görə, VN-in www.taxes.gov.az internet səhifəsində “onlayn növbə” xidməti istifadəyə veriləcək. Vergi ödəyiciləri mərkəzə gəlməzdən əvvəl onlayn növbəyə dura biləcəklər. Burada isə onlara verilən müvafiq kodu terminala daxil etməklə müraciət etdikləri xidmətlə bağlı təmsilçinin masasına yaxınlaşacaqlar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm