“Star”da infrastruktur işlərinin 95 faizi icra edilib
Bizi izləyin

Ekopublika.az

“Star”da infrastruktur işlərinin 95 faizi icra edilib

“SOCAR Turkey" şirkətinin baş icraçı direktoru Kənan Yavuz “Star” neft ayırma zavodunda infrastruktur işlərinin 95 faizinin tamamlandığını açıqlayıb.

Publika.az haberler.com-a istinadən xəbər verir ki, K.Yavuz 2018-ci ildə zavodun istehsala başlayacağını deyib. Bildirib ki, zavod ölkə iqtisadiyyatına illik 2-2.5 milyard dollar qənaəti təmin edəcək: “İndiyədək zavoda 2 mlrd dollar məbləğində vəsait xərclənib. Bu ayın sonunadək zavod üçün avadanlıqların gətirilməsinə başlanılacaq. 2016-2017-ci illərdə avadanlıqlar quraşdırılacaq".

K.Yavuz "Star" zavodunun ildə 10 mln ton xam neft emal edəcəyini xatırladıb. Məlum olub ki, zavodun inşaatında 4 min insan çalışır və onların sayı gələn il 10 minə çatacaq. İşləyənlərin 98 faizi türkdür.

O zavodun ölkə iqtisadiyyatına köməyindən də söz açıb: "Star" neft emalı zavodu idxal olunan məhsulların Türkiyədə istehsalını hədəfləyən layihədir. Bu zavod təkcə "Petkim Neft-Kimya Holding"in rəqabət gücünü artırmayacaq, həm də Türkiyənin ehtiyacının qarşılanmasında önəmli rol oynayacaq. Türkiyənin dizel idxalı yerli istehsaldan qat-qat çoxdur. Biz dizel, təyyarə yanacağı və mayeləşdirilmiş neft qazı (LPG) burada istehsal edəcəyik. Zavod hazırkı neft qiymətləri ilə Türkiyə iqtisadiyyatına ildə 2-2,5 mlrd. dollar qənaət etməyə imkan verəcək".

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm