Sabiq nazir: “Mərkəzi Bank rezerv normalarını azaltmalıdır”
Bizi izləyin

Ekopublika.az

Sabiq nazir: “Mərkəzi Bank rezerv normalarını azaltmalıdır”

“Bu gün Mərkəzi Bankın iqtisadiyyatın inkişafına verə biləcəyi ən yaxşı töhfələrdən biri rezerv normalarını azaltması olardı”.

Publika.az xəbər verir ki, belə bir fikirlə sabiq maliyyə naziri Saleh Məmmədov öz “Facebook” səhifəsində çıxış edib. Bildirib ki, rezerv normaları, uçot stavkaları, qiymətli kağızlar bazarına müdaxilə Mərkəzi Bankın ən mühüm tənzimləmə alətləridir. Bunların da ən başlıca vəzifəsi makroiqtisadi tənzimləmə, pul dövriyyəsinin, tələb və təklifin arasındakı nisbəti tənzimləməkdən ibarətdir: “Genişləndirici maliyyə siyasəti yeritməliyik ki, bazarda pul təklifini artıraq, qiymətlərin düşməsinin qarşısını alaq, mallara tələbi artıraq. Bununla da istehsal artsın. Bunun da yolları rezerv normalarının aşagı salınması, uçot dərəcəsinin azaldılması, emissiyanın artırılması, büdcə kəsirinin artırılması, qiymətli kağızların Mərkəzi Bank tərəfindən kütləvi şəkiıldə alınmasıdır. Düzdür, hazırda Mərkəzi Bank bu işi həyata keçirir. Amma xeyli gecikib. Neftin qiyməti düşməyə başlayanda prosesə start verilməli idi. Rezerv normalarının azaldılması banklarda kredit ehtiyatlarının həcmini, müəssisələrdə pulun həcmini, ümümiyyətlə, pul bazasını və pul təklifini artıracaq. Bu da öz növbəsində faizlərin azalmasına, investisiyaların və uyğun olaraq istehsalın artmasına gətirib çıxaracaq”.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm