Yükdaşımalar üzrə tariflər təkmilləşdiriləcək
Bizi izləyin

Ekopublika.az

Yükdaşımalar üzrə tariflər təkmilləşdiriləcək

Azərbaycanda dəmir yolu və dəniz yük daşımaları üzrə tariflər yüklərin özündən, eləcə də onların kateqoriyalarından asılı olacaq.

Publika.az-ın məlumatına görə, bunu jurnalistlərə baş nazirin müavini Abid Şərifov Bakıda keçirilən Aviasiya və Hava Məkanından istifadə üzrə Dövlətlərarası Şuranın 35-ci sessiyasının iclası çərçivəsində deyib.

Onun sözlərinə görə, yük daşımaları üzrə vahid tariflərdən söhbət gedə bilməz, çünki müəyyən yükün daşınmasının onun kateqoriyasından asılı olaraq öz tarifi olmalıdır: "Kim isə 5-10 ton, başqası 50 ton daşıya bilər, təbii ki, fərq olmalıdır".

A.Şərifov qeyd edib ki, yük daşımaları üzrə "vahid pəncərə" prinsipinin tətbiqi bu sahədə işi xeyli asanlaşdıracaq: "Son 2 ildə Azərbaycan vasitəsilə yükdaşımaların həcmi azalıb, Tranzit Yükdaşımalar Üzrə Koordinasiya Şurasının yaradılması onun həcmini artırmağa imkan verəcək".

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm