Rusiya Ehtiyat Fondunun işinə xitam verilə bilər
Bizi izləyin

Ekopublika.az

Rusiya Ehtiyat Fondunun işinə xitam verilə bilər

2016-cı il Rusiya Ehtiyat Fondunun fəaliyyəti üçün son il ola bilər.

Publika.az TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiyanın maliyyə naziri Anton Siluanov Federasiya Şurasındakı çıxışında bildirib. O qeyd edib ki, 2015-ci ildə 2,6 trln. rubl (40 mlrd. dollar) xərclənib. Bu da ehtiyatların yarısı deməkdir. Xərcləmələr bu templə davam edərsə, ehtiyatların tamam tükənməsinə gətirib çıxaracaq.

Məlum olub ki, 2015-ci ilin sonuna Ehtiyat Fondunun həcmi 3,4 trln. rubl (53 mlrd. dollar) təşkil edəcək. Bu vəsait 2016-cı ildə büdcə kəsirinin maliyyələşdirilməsinə yönəldiləcək. Milli Rifah Fondunun vəsaitləri isə ilin sonuna dəyişməyərək 4,9 trln. rubla (76 mlrd. dollar) bərabər olacaq.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm